Əsas Səhifə > Gündəm, Manşet > Laçının icra başçısı haqqında korrupsiya faktları

Laçının icra başçısı haqqında korrupsiya faktları


11-06-2015, 09:01
Laçının icra başçısı haqqında korrupsiya faktları
DİA.AZ: - Qarabağ müharibəsi iştirakçısı Vahid Məmmədov DİA.AZ-a Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun haqqında ilginc sənədi və məlumatı yollayıb. DİA.AZ olaraq həmin məlumatı olduğu kimi təqdim edirik:

"1992-ci ilin mayında Laçın rayonu erməni təcavüzkarları tərəfindən işğal edildikdən sonra, bu rayonun sakinləri respublikanın 58 rayonunda məskunlaşıblar. Hazırda isə onları bir tərəfdən itirilmiş torpaq, tərk edilmiş doğma yurd-yuva dərdi ağrıdırsa, digər tərəfdən də onlar icra başçısı Akif Səlimovdan şikayətçidirlər. İddialara görə, İcra başçısı laçınlı məcburi köçkünlər üçün ayrılan pulları yaxın adamlarının adına açdıqı müəsissələr vasitəsi ilə mənimsəyir.

Laçından məcburi köçkünlərin böyük hissəsi hazırda sosial-iqtisadi problemlər məngənəsində çabaladığı halda icra başçısı və onun yaxın ətrafı dəbdəbəli həyat sürür. Bu dəbdəbəli həyatın qaynağının isə məhz məcburi köçkün laçınlılar üçün ayrılan dövlət vəsaiti olduğuna şübhə etməyən rayon sakinləri maraqlı bir fakt da səsləndirirlər. Belə ki, rayonun Ağcabədi qış yataqlarında faktiki 298 hektar əkin sahəsi olduğu halda, Nazirlər Kabinetinə verilən məlumatda həmin göstərici 3091 hektar qeyd olunub. İddia edilir ki, bunun sadə səbəbi ondan ibarətdir ki, hər hektar üçün ayrılan 40 manat yanacaq pulu Laçın rayon icra hakimiyyətinin rəhbərliyi ilə mənimsənilir. Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində məskunlaşmış laçınlıların həyat şəraitini yaxşılaşdırmaq üçün abdlıqa işlərinə 2013, 2014 və 2015-ci ildə ayrılan pullar Akif Səlimovun cibinə gedir. O, da bu pullar hesabına Taxta-körpü qəsəbəsinin Qarqışlaq obasında özün molyonlarla dəyəri olan fermer təsərrüfatı yaradıb".

Daha sonra dia-az.life-a daxil olan məlumatda deyilir: "Laçınlıların dediyinə görə bu təsərrüfatda 1500 qədər xırda buynuzlu, 250-ə qədər iri buynuzlu heyvan saxlanılır. Bunlardan da əlavə təsərüfat ərazisində iki böyük balıq artırma gölü yaradılıb və 300 hektara qədər taxıl, arpa, yonca əkilib. Bəlkədə bu ərazidə bu gözəllikdə yüksək səviyyədə fermer təsərüfatı yoxdur. Deməyimiz odur ki, bu ayrılan pullar biz laçınlıların həyat şəratinin yaxşılaşmasına yox Akif Səlimovun fermer təsərüfatına xərclənib. Rayon sakinləri Akif müəllimə deyəndə bizə maddi yardım et o da deyir ki, pul yoxdur Abşeron rayon İcra hakimiyyətinin Başçısı Zakir Fərəcova Fermer təsərüfatı yaratmışam pulu ora xərcləyirəm, o mənə belə tapşırıq verib. Burada mənim heç nəyim yoxdur nə fermer təsərüfatım nə də balıq göllərim hamısı Zakir Fərəcovundur. Biz isə bilmirik dərdimizi kimə deyək ehtiyacımızın ödənməsi üçün kimə müracət edək.

Bu məsələnin pərdəarxası məqamı isə ondan ibarətdir ki, abadlıq işlərinin görülməsi üçün ayrılan 1.522266 (bir milyon beş yüz iyirmi iki min altmış altı) manat pulun heç 10 faizidə abadlıq işlərinə xərclənməyib. Daha doğrusu, kağız üzərində xərclənib, reallıqda isə onlar rayon rəhbərliyinin cibinə gedib.

Laçınlıların ən böyük şikayətlərindən biri isə təhsil və səhiyyə sahəsi ilə bağlıdır. Onlar bildirirlər ki, məcburi köçkün rayonunun sakinlərinin hər iki sahə üzrə kifayət qədər problemləri var. Təhsil və Səhiyyə şöbəsinə ayrılan vəsaitlərdə Akif Səlimovun şəxsi mənfəətinə xidmət edir. Mədəniyyət şöbəsi ilə bağlı da eyni vəziyyətdir. Ümumiyyətlə, rayonun təhsil, səhiyyə və mədəniyyət şöbələrinin rəhbərləri icra başçısından tam asılıdırlar, onun istədiyi kimi hərəkət edirlər, çünki bununla öz maraqları da təmin olunur”.

Xatırladaq ki, Akif Səlimov haqqında laçınlıların bu cür şikayətləri tez-tez təkrarlanır. Biz laçınlılar bildiririk ki, öz ”fəaliyyəti”ni korrupsiya və rüşvətxorluğun “çiçəklənməsi”nə həsr etmiş Akif Səlimov bununla da rayon sakinlərinin haqlı narazılıqları ilə üzləşsə də, “yuxarılar” onun haqqında heç bir tədbir görmək istəmir: “Təsəvvür edin ki, rayonda baş alıb gedən yerlibazlıqdan, qohumbazlıqdan narazı qalmış rayon sakinlərinin kütləvi yuxarı orqanlara yazdıqları şikayət ərizələri nədənsə baxılıb tədbir görülməsi üçün Akif Səlimov göndərilir. Nəticədə yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmiş

rayon sakinləri bu qəddar və amansız icra başçısının müxtəlif formalı təzyiq və işgəncələrinə məruz qalırlar. Məsələn, Akif Səlimovdan yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmiş rayon sakini məktəb direktoru Famil Heydərov İcra Hakimiyyətinin başçısı Akif Səlimov tərəfindən təhqir olunaraq işgəncələrə məruz qaldı, uzun müddət Mərkəzi Nefitçilər Xəstəxanasında yatdı, həkimlərin səyinə baxmayaraq beyninə qansizmadan vəfat etdi.

Göstərilən faktların araşdırılmasını və Laçın məcburi köçkünlərinin pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edirik".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Laçının icra başçısı haqqında korrupsiya faktları

Geri qayıt