Əsas Səhifə > Gündəm, Manşet > "Azəryolservis"lə çəkişən Ucar sakini aclıq aksiyasına başlayır...
"Azəryolservis"lə çəkişən Ucar sakini aclıq aksiyasına başlayır...3-06-2015, 09:30 |
DİA.AZ: - Ucar rayonu Gəraybəyli kəndi sakini Cəbrayılova Gültəkin İnşallah qızı yenidən DİA.AZ-a çüraciət ünvanlayıb. Müraciətdə deyilir: ""Azəryolservis" ASC-nin özbaşınalığına etiraz olaraq axşamdan aclıq aksiyasına başlamışıq.Əgər ölərəmsə bunun məsuliyyəti onların üzərinə düşəcək.Dünən gəlib dedilər ki, razı olsanda, olmasanda 17000 manat kompensasiya veririk və əmlakınıda sökürük . Bu Allahsızlıq və özbaşınalıqdır.8 nəfərlik ailənin acından ölməsinə dözə bilmərəm.Buna görə də bu harınların qanunsuz əmələrinə, özbaşınalıqlarına etiraz olaraq aclıq aksiyasına başlamışam.İki gündür mətbuatda "Azəryolservis" ASC yalandan açıqlama verir ki, guya bizə məxsus yük avtomobillərinin sexinin yolu düzəldiləcək və iş fəaliyyətimiz bərpa ediləcək.Mən dünən çıxışımda bildirmişdim ki, "Azəryolservis" yalan məlumat verməklə ictimaiyyəti və Prezidenti aldadır.Yenə ümüdümü üzməmişəm Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan kömək istəyirəm.Sizdən xahiş edirəm bu azğınlaşmış vəzifəli şəxslərin barəsində tədbir görün.70.000 manatdan çox qiyməti olan 8 nəfərlik ailəmin iş, çörək yerinə 17000 manat verib məhv edilməsinin bir adı var vandalizm. Bütün mətbuat nümayəndələrini gəlib bu özbaşınalığı gözləri ilə görmələrini xahiş edirəm.Allah xatirinə bizə kömək edin. Xatırladım ki, Bakı-Qazax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ucar rayon ərazisindən keçən hissəsində aparılan işlərə görə qanunu sənədlərlə mülkiyyətimiz olan yük avtomaşınlarının təmiri sexinini fəaliyyəti qanunsuz olaraq dayandırılıb.Həmin sexə gedən yol bağlanılıb deyə bir ildir işləmir.1995-ci il tarixdə mərhum həyat yoldaşım Cəbrayılov Məhəmmədəli Şirxan oğlu həmin torpaq sahəsini alıb sənədlə qanunu qaydada sex tikdirdi.Həyat yoldaşım və öğlanlarım orada yük avtomobillərinin təmiri ilə məşğul olurdular ki, buna görə vaxtlı-vaxtında dövlətə vergi ödəyirdik.2011-ci il tarixdə həyat yoldaşım böyrək dializi xəstəliyindən dünyasını dəyişdi.Həyat yoldaşım xəstə olan vaxt avtomobil təmiri sexini satıb onun müalicəsinə xərcləmək istəyəndə o xəstəliyinin sağalmayacağını bilib buna icazə vermədi ki, bu sex 8 nəfərlik ailəmin daimi iş, çörək yeridir. İndi isə "Azəryolservis" ASC haqqı-halal qnunu mülkiyyətimizi əlimizdən alır.Həmin sexə gedən yolu tikintiyə görə 1-ildir bağlayıb bizim ailəni işsiz çörəksiz qoyublar.Biz buna görə Ucar Rayon İcra Hakimiyəti başçısının qəbulunda olub şikayətimizi etdik.İcra başçısının tapşırığından sonra"Azəryolservis" Asc-nin Azər adl məsul vəzifəli əməkdaşı gəlib bizə 17000 manat kompensasiya təklif etdi və bildirdi ki, tikinti başa çatdıqdan sonra işinizi davam etdirib sexinizin fəaliyyətini bərpa edərsiniz. 31 may 2015-ci il tarixdə isə"Azəryolservis" Asc-nin Azər adl əməkdaşı gəlib bildirdi ki, "müdriyyət dedi ki, onlara heç bir kompensasiya düşmür, bu yolu və körpünü dövlət çəkir, yol çəkiləndən və körpü tikiləndən sonra sexlərini açıb işləyərlər". Ancaq magistral yolda tikilən körpü sexin yaxınlığından keçdiyi üçün orada bundan sonra işləmək heç cürə mümkün olmayacaq.Ona görə ki, körpünün yamacı bizim sexin 4 metrliyindən keçirki 2 metr hündürlükdədir, belə olanda sexə nəinki yük avtomobilləri, heç kiçik maşınlarda gələ bilməyəcək. 2 metr hündür olan körpünün yamacında yerləşən sexdə işləmək özü çox təhlükəlidir.Hər an nəqliyyat hadisəsi baş verə bilər ki, buna görə kiminsə həyatını sığortalamaq mümkün deyil. Bunun əlacı isə düzgün kompensasiyamızı versinlər ki, seximizi həm bir neçə metr arxaya çəkib həm də yamacla sexin yolunun arasında olan hündürlüyü eyniləşdirib əvvəlki kimi sahibkarlıq fəaliyyətimizi bərpa edə bilək. "Azəryolservis" ASC isə bizə hədə qorxu gəlir, mülkiyyətimizi əlimizdən tamam almaq istəyirlər. Mən artıq rəsmi qaydada şikayət ərizələri ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Nəqliyyat Naziri Ziya Məmmədova və "Azəryolservis" ASC-nin sədri Saleh Məmmədova müraciət etmişəm". Qeyd edək ki, dünən bu iddialarla bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin DİA.AZ-a münasibətini açıqlayıb. Nəsəflinin müraciətində deyilir: "Ucar rayonu Gəraybəyli kənd sakini Cəbrayılova Gültəkin İnşallah qızı tərəfindən sizin redaksiyanıza daxil olan və sizin tərəfinizdən qarşı tərəfin, yəni Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mövqeyi öyrənilmədən dərc olunan məqaləyə cavab olaraq nəzərinizə çatdırmaq istəyirik ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması layihəsi Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həyata keçirilir. Avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində vətəndaş Cəbrayılova Gültəkin İnşallah qızına məxsus təmir sexi tikinti sahəsindən kənarda yerləşir. Bu səbəbdən həmin şəxsə kompensasiyanın ödənişi nəzərdə tutulmayıb. Lakin sözügedən təmir sexi tikinti sahəsindən kənarda yerləşməsinə baxmayaraq , Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həmin obyektə giriş-çıxış təmin olunacaq. Vətəndaş Cəbrayılova Gültəkin İnşallah qızının Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşlarının ona və ailəsinə hücum etməsi barədə dedikləri həqiqəti əks etdirmir. Bir daha vurğulamaq istəyirik ki, onun obyekti tikinti sahəsindən kənarda yerləşir və aparılan işlərə təmir sexinin heç bir maneəçiliyi yoxdur. Belə olan halda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları niyə görə həmin ailəni narahat etməlidir ki?... Əksinə həmin xanım və onun ailə üzvləri hər dəfə ərazidə yolun tikilməsinə müxtəlif yollarla mane olmağa çalışırlar. Qeyd etmək istəyirik ki, sözügedən təmir sexinə yol var, sadəcə olaraq ərazidə tikinti işləri aparıldığı üçün ideal vəziyyətdə deyil. Yəni ora nəqliyyat vasitələrinin giriş-çıxışı üçün heç bir problem yoxdur. Tikinti işləri başa çatdıqdan sonra da Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həmin obyektə ayrıca olaraq giriş-çıxış təmin olunacaq. Buna baxmayaraq əgər həmin vətəndaşın hər-hansı bir narazılığı varsa bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Bu onun bir vətəndaş olaraq haqqıdır". Geri qayıt |