Əsas Səhifə > Gündəm, Manşet > «Penoplas» üzlük ideyasını Azərbaycana Binəqədinin icra başçısı gətiribmiş…

«Penoplas» üzlük ideyasını Azərbaycana Binəqədinin icra başçısı gətiribmiş…


20-05-2015, 08:50
«Penoplas» üzlük ideyasını Azərbaycana Binəqədinin icra başçısı gətiribmiş…
DİA.AZ: - Dünən böyük bir faciəni yaşadıq. İnsanlarımızı itirdik. Allah bütün ölənlərimizə rəhmət eləsin…

Təbii ki, faciələr də digər aqibətlər kimi insan nəsibidir, millət nəsibidir, dövlət nəsibidir. Bu aqibətdən kimsə sığortalanmayıb.

Dünənki faciə isə konkret bir cinayətin nəticəsi idi. Bunu dövlətimiz də bəyan etdi. İnsan həyatı üçün təhlükəli hesab olunan üzlüklərin istehsalçısı olan şirkət rəhbəri həbs olundu.

Həbslərin davamı da olacaq. Bunu da dünən Prezidentin köməkçisi Əli Həsənovun açıqlamasından duymaq olardı. PA rəsmisinin sözlərindən belə məlum oldu ki, prezident İlham Əliyev keyfiyyətsiz, yanmaya meyilli olan üzlüklərlə binaların örtülməsində iştirakı olan - sifarişçisindən tutmuş rəy verəninə qədər - bütün suçlular cəzalandırılacaq. Araşdırma gedir…

Dünən bir məsələyə də şahidlik etdik. Yaşadıqları binaları həmin lənətə gəlmiş «peonplas» adlanan üzlüklə örtülmüş digər binaların sakinləri etiraza qalxdı və binaların üzlüklərinin sökülməsinə başlanıldı.

Təbii ki, dövlətimizin büdcəsindən bu üzlənməyə, fasadların yenilənməsinə vəsait xərclənmişdi. İndi isə ikiqat, üçqat xərcimiz çıxacaq. Doğrudur, ən vacib olanı insanlarımızın həyatıdır. Amma insanlarımızın həyatının firavanlığına xidmət etməli olan pulları havaya sovuranlar da mütləq cəzalanmalıdır.

Bildirilənə görə, ilk olaraq bu lənətə gəlmiş «penoplas» üzləmə ideyasını Binəqədinin icra başçısı Xaləddin İsgəndərov tətbiq edib. Yəni onun icadıdır.

Bunu da dövlətimiz nəzərə almamış deyil. Artıq dünən faciənin ən böyüyünə «ev sahibliyi» etmiş Binəqədi rayonunun İH ilə bağlı da araşdırmaların - hüquqi qiymətləndirmənin həyata keçirildiyi söylənilir. Bu barədə DİA.AZ-a məlumat verən mənbə bildirir ki, bu araşdırmaların sonucu olaraq nəzərə gələcək birbaşa hədəflərin sırasında başçının da adı var.

Dünən elə cənab baş prokuror Zakir Qaralov da açıqlamasında bildirmişdi ki, kimliyindən asılı olmayaraq müvafiq qaydada cəzalanacaqlar….


Geri qayıt