Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycanda işsiz gənc Kəmaləddin Heydərovdan kömək istədi

Azərbaycanda işsiz gənc Kəmaləddin Heydərovdan kömək istədi


27-04-2015, 09:15
Azərbaycanda işsiz gənc Kəmaləddin Heydərovdan kömək istədi
DİA.AZ: - Redaksiyamıza maraqlı bir müraciət daxil olub. Belə ki, DİA.AZ-a yazan Ucar rayonu Mirbəşir Qasımov küçəsi ev 6 da kirayədə yaşayan Mahmudov Coşğun Əlikram oğlu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova müraciət edib. Həmin müraciəti dia-az.life olaraq olduğu kimi təqdim edirik:

"Mən 15.05.1990-cı il tarixdə Ucar rayonunun Ramal kəndində anadan olmuşam.Uşaq olarkən valideyinlərim ayrılıblar. Anam bizi çox əziyyətlə böyüdüb. 2012-ci il tarixdə ailə həyatı qurmuşam.Böyük uşağımın 2 yaşı var, kiçik uşağım 4 aylıq olmaqla iki övladım var.Yuxarıda göstərdiyim ünvanda kirayədə yaşayıram.Hərbi xidmət keçmişəm, çavuş olmuşam.Orta təhsilli olsam da İnformasiya Elmi-Tədris Mərkəzində Windows XP, MS Word, MS EXCEL, MS Powcr Point, Internet Expliorer üzrə hazırlıq kursunu bitirmişəm.Komputer proqramlarını çox gözəl bilirəm.Hərbi xidmətdə olmuşam.Hazırda heç bir yerdə işləmirəm.Bu səbəbdən də ailə vəziyyətimiz çox acınacaqlıdır.Elə olur ki, günlərlə çörək belə tapa bilmirik.Özümün yox ailəmin az yaşlı körpə uşaqlarımın acından məhv olma təhlükəsi məni çox üzür.Bizim ailənin vəziyyətini gözləri ilə gəlib görən insan dəhşətə gələr.Bəlkə də Azərbaycanda aclıq içində yaşayan ikinci belə bir ailə yoxdur. İşləmək istəyirəm, ancaq işlə təmin etmirlər.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində komputerçi vəzifəsi iş yeri hazırda boşdur.Bu vəzifəyə hələ işçi təyin edilməmişdir.Bu xəbəti eşidib çox sevindim və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova ərizə ilə müraciət etdim.İnanıram ki, cənab Kəmaləddin Heydərov mənim ərizəmi araşdırıb Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində işə qəbul edilməyimə köməklik edəcək.

Mən həmçinin mətbuat vasitəsi ilə Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciət edirəm. Hörmətli Nazir Sizdən çox-çox xahiş edirəm əgər mümkündürsə Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsinə işə qəbul edilməyimə yaxından köməklik göstərəsiniz. Ömrümüz boyu Sizə minnətdar olarıq.

Geri qayıt