Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycanda ilk dəfə: Vətəndaş qanuni haqqının davasına qalxdı...

Azərbaycanda ilk dəfə: Vətəndaş qanuni haqqının davasına qalxdı...


23-04-2015, 08:38
Azərbaycanda ilk dəfə: Vətəndaş qanuni haqqının davasına qalxdı...
Qafqaz Xəbər Agentliyinə tez-tez hüquqları pozulan istehlakçılar müraciət edir. Vətəndaşların hüquqlarını pozanlar əsasən böyük xarici şirkətlərdir.
Bu yaxınlarda Bakı şəhər sakini Nailə Yağıyeva Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müraciət edib:
“ 8 oktyabr 2012-ci ildə “KIA Motors”un nümayəndəliyindən KIA CARENS markalı avtomobil aldım. Avtomobili almaq üçün VTB bankdan ipoteka götürdüm. Avtomobil mənim tərəfimdən qanuna uyğun olaraq A- Qroup şirkətində sığortalandı.
17 fevral 2015-ci il tarixdə gecə saat 2-də Binəqədi rayonu, 7-ci mkr. ərazisində, 5b saylı binanın həyətində avtomobil alışıb yandı. FHN-in apardığı ekspertiza nəticəsində məlum oldu ki, yanmanın səbəbi avtomobilin elektrik xətlərinin nasaz olması olub. A- Qroup şirkəti mənə müqavilədə göstərilən sığorta haqqını ödədi”.
Müxbirimizin “Sığorta haqqını almısınız, bəs nədən şikayətçisiniz? ” sualına Nailə Yağıyeva belə cavab verib: “ Mənimlə “KIA Motors” arasında bağlanan müqaviləyə görə mən avtomobili şirkətdə texniki baxışdan keçirməliyəm. Mən müqavilənin şərtlərinə dəqiq əməl edərək vaxtında nasazlığı aşkar elədim. Bəs, KİA-nın əməkdaşları bu nasazlığı niyə aşkar edə bilmirlər, hansı ki, qəzaya səbəb ola bilərdi..”
Müxbirimizin “Siz KIA Motors-a müraciət etmisinizmi?” sualına zərərçəkən belə cavab verib: “ Müraciət eləmişəm. Şirkətin əməkdaşları deyir ki, qəza mənim günahımdan baş verib. Əgər avtomobilin texniki vəziyyətinə görə mən məsuliyyət daşıyıramsa, avtomobil niyə KIA Motors-da texniki baxışdan keçməlidir?”.
Yağıyeva “KIA Motors”dan kompensasiya tələb edir: “ Mən müqavilədəki bütün şərtləri yerinə yetirdim. Avtomobilin texniki vəziyyətinə görə, KIA Motors məsuliyyət daşıdığı üşün mənə zərərçəkən kimi kompensasiya ödəməlidir. Mən bu barədə şirkətə müraciət eləsəm də, şirkətin əməkdaşları deyir ki, sən heç vaxt bu kompensasiyanı almayacaqsan”!.
Nailə Yağıyeva “KIA Motors”un əməkdaşı Vüqar Allahverdiyev ilə danışığın audioyazısını da bizə təqdim elədi.
Audioyazıda Allahverdiyev bildirir ki, bizim müştərilərimiz belə hallarda bir sığorta haqqı ilə kifayətlənirlər.


Azərbaycanda ilk dəfə: Vətəndaş qanuni haqqının davasına qalxdı...
Azərbaycanda ilk dəfə: Vətəndaş qanuni haqqının davasına qalxdı...
Azərbaycanda ilk dəfə: Vətəndaş qanuni haqqının davasına qalxdı...
Azərbaycanda ilk dəfə: Vətəndaş qanuni haqqının davasına qalxdı...

Geri qayıt