Əsas Səhifə > Gündəm, Manşet > Ehtiyatda olan kapitan icra hakimiyyətindən prezidentə şikayət etdi
Ehtiyatda olan kapitan icra hakimiyyətindən prezidentə şikayət etdi20-04-2015, 09:55 |
DİA.AZ: - Laçın rayonunda məcburi köçkün, Bakı şəhər, Səbail rayonunda kirayədə yaşayan 2-ci qrup hərbi əlil, ehtiyatda olan kapitan Zülfüqarov Şahin Nizami oğlu tərəfindən prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Hörmətli, cənab Prezident! Sizə müraciət etmək istəyirəm və inanıram ki, mənim müraciətimə diqqət yönəldəcəksiniz, qeyd etmək istəyirəm ki, 1999-cu ildən 2005-ci ilədək Siahlı Qüvvələrdə zabit kimi xidmətdə olmuşam, hal-hazırda 2-ci qrup hərbi əliləm. Əlavə olaraq bildirmək istətirəm ki, Xidmət müddətində mənzillə təmin olunmamışam, 2 (iki) azyaşlı uşağım var, çəmi ailədə 4 (dörd) nəfərik, himayəmdə yaşlı ata və anam vardır. 1999-cu ildən 2015-ci ilədək Silahlı Qüvvələrdə bir çox vəzifələrdə xidmət etmişəm. Xidmətimin çox bir hissəsi düşmənlə həmsərhəd ərazilərdə olmuşdur. Laçın rayon İcra Hakimiyyətinə 2015-ci il yanvar ayından etibarən dəfələrlə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 36 №li qanunun 12 maddəsinə əsasən yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilməsini müraciət etmişdim. Lakin mənə kömək edən olmamışdır. Hər dəfə müraciət etdikdə Laçın rayon İcra Hakimiyyətinin Hüquq şöbə rəisi bu məbləğin verilməsini bildirir, lakin İcra Hakimiyyətinin maliyyə işçisi Vahid müəllim bildirir ki, sənə bu məvacib verilməməlidir. Vahid müəllim haqsızlıq edərək mən hərbi əlili incidir, öz vəzifə səlahiyyətlərindən sui istifadə edir. Eyni zamanda Sizin hər bir dövlət məmuru xalqa xidmət etməlidir sözlər icra edilməyərək qalmaqdadır. Siz biz sadə vətəndaşlara dayaq olub, kömək etməyinizə baxmayaraq yerli bəzi orqanlar Sizin tələblərə riayət etmirlər, mən isə məcbur qalıb, hörmətli Prezidentimiz Sizə müraciət edirəm. Hörmətli, cənab Prezident ! Sizdən xahiş edirəm ki, Laçın rayon İcra Hakimiyyətinin bəzi vəzifəli şəxslər tərəfindən məni get-gələ salmamasına, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, aşağıda qeyd etdiyyim qanunların tələblərin rəhbər tutaraq və mənim xahişimi nəzərə alaraq mənə kömək edəsiniz. 1. Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 36 №li qanunun 12 maddəsinə əsasən yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilməsini. 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 №li qərarına əsasən ehtiyyatda olan hərbi qulluqçu kimi məni ev təminatı növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərini ödənilməsini. Geri qayıt |