Əsas Səhifə > Gündəm, Manşet > Xristianların Xaç Atasının «fətvasından» sonra Avropa Parlamenti bir rəzilliyə imza atdı
Xristianların Xaç Atasının «fətvasından» sonra Avropa Parlamenti bir rəzilliyə imza atdı16-04-2015, 09:12 |
DİA.AZ: - Məlum olduğu kimi, dünən Avropa Birliyi adından bir rəzilliyə imza atıldı. Bilmirik, bu, altında xristian Qərbin imzası dayanan neçənci rəzillikdir. Amma onu yaxşı bilirik ki, bu gün İslam dünyasına aşkar şəkildə soyqırım yapan avropalıların ədalətinə nə güvənmək olar, nə də söykənmək… Qeyd edək ki, Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul edib. Parlament müzakirələrini Xarici İşlər Komitəsinin sədri Elmar Brok açıb: “Həmin dönəmdə 1 milyondan çox erməni həyatını itirib. Biz onları unutmamalıyıq. O insanların öldürüldüyünü unutmamalıyıq. Bu, bir soyqırımdır”. Avropa Xalqları Partiyasının (European People's Party) rumıniyalı deputatı Preda Cristian Dan da çıxışında Türkiyənin "soyqırımı qəbul etməsinin erməni və türk xalqları arasında uzlaşmanın" təmin olunması üçün vacib olduğunu deyib. Avropalı Mühafizəkarlar və İslahatçılar qrupundan belçikalı Mark Demesmaeker də parlamentarları gündəlikdəki məsələsinin lehinə səs verməyə çağırıb: "Bu, türk xalqına, ya da Türkiyə liderlərinə qarşı deyil. Sadəcə tarixi doğru tanımağa yönəlik addımdır”. İclasda söz alan portuqaliyalı xristian-demokrat Paulo Rangel prezident Rəcəb Tayyib Ərdoğanın Roma papası Fransisk haqqında dediklərini də tənqid edib: "Papaya xaç atası kimi müraciət edə bilməzsiniz". Çıxışlardan sonra sənəd müzakirəyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib. Onu da bildirək ki, bu qərar Türkiyədə bomba effekti verib. Sərt və kəskin təpkilər var. Prezident Ərdoğan qərarın qəbuluna saatlar qala demişdi ki, AP nə qərar versə, bizim bir qulağımızdan girər, digərindən çıxar. DİA.AZ bildirir ki, əslində bununla Avropa Birliyi deyilən nəsnə birdəfəlik olaraq öz mövqeyini oprtaya qoymuş oldu. Yəni bundan sonra qardaş Türkiyənin Avropa Birliyinə üzvlük uğrunda çaba sərf etməsi də anlamsızdır və bu səbəbdən Türkiyədə Avropa Birliyi üzrə fəaliyyətdə olan qurumların və nazirliyin ləğvi də doğru addım olardı. Avropa Parlamentinin bu qərarına gəlincə isə, əslində belə bir addımın atılacağı gözlənilən idi. Çünki Ərdoğan demişkən, artıq Avropa Birliyinin XAÇ ATASI olan - Roma Papası FƏTVASINI vermişdi. Belə olan təqdirdə təkcə qardaş Türkiyəyə deyil, həm də Azərbaycana qarşı olan bu qərarın qəbulu gözlənilirdi. Biz artıq belə hallara vərdiş etmişik, desək də, yanılmarıq. Yəni öyrəşmişik ki, ən yaxın tarixdə olan Qarabağdakı dəhşətləri, Xocalı faciəsini görməməzlikdən gələn xristian Avropası ermənilərin uydurma soyqırımlarını tanıyacaq. Yəni öyrəşmişik ki, Suriyada, İraqda və daha neçə müsəlman ölkəsində vəhşiliklər edən, körpələri öldürən xristian Avropa Ukraynada baş verən xristian toqquşmasına sinəsini sipər etsin. Buna öyrəşmişik. Amma bir məsələyə öyrəşə bilmirik. Müsəlman olmağımıza. Məcburuq. Etiraf edək ki, müsəlmanıq. Çünki üzərimizə məhz bu səbəbdən gəlirlər… Odur ki, özümüzü tanıyaraq müdafiə olunmaq zorundayıq. Təkcə biz yox ha… Elə bu gün bir-birinin qanlarına susayan digər müsəlmanlar da… DİA.AZ Geri qayıt |