Əsas Səhifə > Gündəm, Manşet > 8 il əvvəl inşa olunan Aşağı Kəsəmən kənd məktəbi qəzalı vəziyyətə düşüb

8 il əvvəl inşa olunan Aşağı Kəsəmən kənd məktəbi qəzalı vəziyyətə düşüb


31-03-2015, 08:32
8 il əvvəl inşa olunan Aşağı Kəsəmən kənd məktəbi qəzalı vəziyyətə düşüb
DİA.AZ: - Redaksiyamıza Ağstafa rayonunun Aşağı Kəsəmən kənd orta məktəbi barədə şikayət məktubu daxil olub. DİA.AZ-ın elektron poçtuna yazan oxucumuz bildirir:

“Səkkiz il bundan qabaq Aşağı Kəsəmən kənd orta məktəbini sökdülər. Köhnə məktəbin bütün hissələrini məktəbin direktoru Mətanət xanım qohum-qardaşı ilə birləşib satdı. Dağıdılmış məktəbin yerində 500 nəfərlik üç mərtəbəli bina tikildi.

İndi binanın tavanı uçma təhlükəsi ilə üz-üzədir. Yəni kənd sakinlərinin övladları real təhlükədədirlər. Çünki tavan hər an uça bilər. Bəzən tavandan kiçik hissəciklər də düşür. Görünür, məktəbin rəhbərliyi, məktəb binasını inşa edən əlaqədar qurumlar tavanın armaturunu, sementini “yeyib”.

Hazırda bizim balalarımız səkkiz il öncə tikilən məktəbə qorxu içində gedirlər. Direktor məktəbə bütün işçiləri qohum-qardaşını yığıb. Xidmətçilər də onun qohumlarıdır, tay-tuşlarıdır. Harda görünüb ki, bir məktəbdən altı adam bir evə qazanc aparsın. Belə vəziyyət olar?”

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt