Əsas Səhifə > Gündəm, Manşet > Narazı sakinlər prezidentə müraciət etdilər: “Şamaxını bu bəladan qurtarın”
Narazı sakinlər prezidentə müraciət etdilər: “Şamaxını bu bəladan qurtarın”6-03-2015, 09:27 |
DİA.AZ: - Neçə gündür ki, Şamaxıda icra başçısı Asif Ağayevin yarıtmaz siyasətinə etiraz edən sakinlərin həyəcan dolu müraciətləri KİV-lərdə işıqlandırılır. Xəbərlərdə bildirilir ki, Şamaxı rayon İH başçısının birinci müavini Qasım Qasımovun girovuna çevrilən icra başçısı özünün yanlış kadr siyasətiylə yerlərdə narazılığa səbəb olub. DİA.AZ olaraq artıq belə bir narazılığın rayonun Göylər kəndində başqaldırması xəbərini çatdırmışdıq. İndi isa redaksiyamıza daha bir neçə kənddə etirazların baş qaldıracağı haqda informasiya göndərilib. Şamaxı rayon sakini Nailə İbadovanın adından DİA.AZ-a göndərilən məlumatda qeyd olunur ki, rayonda narazılıq kulminasiya nöqtəsinə çatıb: “Rayonda bütün struktur vəzifələrdə çalışan vəzifəli şəxsləri İcra Hakimiyyəti Başçısının 1-ci müavini Qasım Qasımov bir-birləri ilə süni intriqa yaranmasına şərait yaradaraq, rayonda vəziyyəti gərginləşdirib. Yaxın günlərdə rayonun Göylər, Avaxıl, Çaylı və rayonun 50% əhalisini təşkil edən Quşçu kəndinin camaatının rayon İcra Hakimiyyətinə, Qasım Qasımovun istefasını tələb etmək üçün, kütləvi surətdə etiraz aksiyası planlaşdırılır. Rayonun problemləri bir yana qalıb, əvəzində Şamaxı rayon icra hakimiyyəti başçısı Asif Ağayev intriqalar alətinə çevrilmiş Qasım Qasımovun diqtəsi ilə səriştəsiz kadr islahatlarını aparmaqdadır. Şamaxı ağsaqqalları DİA.AZ vasitəsilə ölkə Prezidentindən kömək diləyirlər. Şamaxını bu bəladan qurtarın. Qabaqcadan sizə təşəkkürük”. Yazıda iddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |