Əsas Səhifə > Gündəm, Manşet > 2-ci qrup hərbi əlil olan Qazax sakini özünü öldürmə həddinə çatdığını deyir…

2-ci qrup hərbi əlil olan Qazax sakini özünü öldürmə həddinə çatdığını deyir…


3-03-2015, 08:45
2-ci qrup hərbi əlil olan Qazax sakini özünü öldürmə həddinə çatdığını deyir…
DİA.AZ: - Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, istefada olan gizir Mürşüdov Tural Müştab oğlu prezident İlham Əliyevə və bir sıra dövlətqurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlayıb. DİA.AZ bildirir ki, bu, artıq şikayətçinin 10-cu belə müraciətidir. Amma hələ də problemi həll olunmayan narazı Qazax sakini müraciət etdiyi ünvanlarda problemlərinin həll olunacağına inanır.

dia-az.life olaraq həmin müraciətlərdən növbətisini təqdim edirik:

“Mən xidməti vəzifələrimi yerinə yetirərkən əlil olmuşam və imtiyazlarım Qarabağ müharibə əlilərinə bərabərdir. Belə ki, mən 2-ci qrup əlil kimi Qazax rayon İcra Hakimiyyətində birinci növbəli mənzil qeydiyatına götürülməli və mənzillə təmin olunmalıyam.

Məni 07.01.2015-ci ildə Qazax rayon icra hakimiyyətinə məni qəbula çağırdılar, məndən evimizin otaqların sayın və sair ağıla sığmayan sənədləri tələb edirlər, mənə hansı sənətləri qeydiyyat üçün təqdim etməliyəm, onları yazılı şəkildə mənim ünvanıma göndərəsiniz yazdıqdan sonra mənə 12.02.2015-ci il tarixdə Qazax rayon İcra Hakimiyyətindən təqdim edəcəyim sənətlərin siyahısın məktubla mənim ünvanıma göndərmişdirlər. Mən məktubda yazılan sənətləri toplayıb, 18.02.2015-ci il tarixdə poçt vasitəsi ilə tələb olunan sənədləri Qazax rayon İcra Hakimiyyətinə göndərmişəm. 02.03.2015-ci il tarixdə Qazax rayon İcra Hakimiyyətindən müavini Tahir Musayev məni qəbuluna çağırdı.

Mənə bildirdi ki, sən Qarabağ müharibə əlili deyilsən, sənə güzəştli şərtlərlə ev təminatı növbəsi aid deyil. Ancaq Hörmətli cənab Prezidentimizin sərəncamlarında göstərilib ki, xidməti vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslərin statusu Qarabağ müharibə əlilərinə bərabərdir. Lakin Qazax rayon İcra Hakimiyyətinin səlahiyətli nümayəndəsinin bundan xəbəri yoxdur. Səbəbi bilinmir ki, nə üçün mən yarı can əlili növbəyə götürməkdə başıma oyun açırlar. Ev növbəsinə götürmək istəmirlər. Yalandan məni get-gələ salaraq deyir ki, mən sorğu göndərmişəm hərbi hospitala və digər yerlərə, mən isə belə başa düşürəm ki, bu məmur hörmətli prezdentimizin əlilər haqqında sərəncamına şübhə ilə yanaşır və araşdırma aparılmasın tələb edir, belə ədalətsizlik olmaz.

Hətta Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin hər dəfə iclaslarda dövlət məmurları qarşısında qoyulan tələbləri yəni “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”.

Bütün bunlara baxmayaraq Qazax rayon İcra Hakimiyyətində bu tələblərə əməl edən yoxdur, mən əlili dəfələrlə demək olar ki, incidirlər, yolarda qoyurlar. Bu kimi ədalətsizliyi görüb yenə cənab Prezidentimiz Sizə müraciət edirəm.

Qazax rayon İcra Hakimiyyətindən müavini Tahir Musayev məni o dərəcəyə gətirib ki, az qalıb ki, özümə qəsd edim. Artıq mən bu həyatdan bezmişəm. Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq mənim Qazax rayon İcra Hakimiyyətində birinci növbəli mənzil qeydiyatına götürülməyimə göstəriş verəsiniz”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt