Əsas Səhifə > Gündəm, Manşet > Balakəndə icra başçısı yerli sakinlərin haqqına təcavüz etdi

Balakəndə icra başçısı yerli sakinlərin haqqına təcavüz etdi

28-02-2015, 10:53
Balakəndə icra başçısı yerli sakinlərin haqqına təcavüz etdi
Balakənin icra başçısı İslam Rzayevin adı yeni bir qalmaqala qarışıb. JAM.AZ xəbər verir ki, bir müddət əvvəl rayona ayrılan pulların təyinatı üzrə xərclənmədiyi, habelə tenderlərə şərik olduğuna dair iddialardan sonra, bu dəfə icra başçısı camaata məxsus torpaq sahələrini qanunsuz şəkildə satdığı xəbəri ortaya çıxıb.

JAM.AZ xəbər verir ki, Balakənin Hənifə kəndinin əhalisinə malik, onların ümumi istifadəsində olan örüş yerləri özünü SOCAR-ın işçiləri kimi təqdim edən, əslində isə işbaz kimi tanınan adamlara satılıb. Həmin məlumata görə, işbazlar icra başçısından aldıqları kəndlilərin torpaqlarında balıq vətəgələri tikməyə başlayıblar.

Qeyd olunur ki, son dövrlər Balakəndə xeyli sayda balıq vətəgələri salınıb və onların hamısı imkanlı şəxslərə məxsusdur. Hənifə kənində inşa ediləcək yeni balıqçılıq gölləri də onlardan biri olacaq. Hazırda həmin ərazilərdə texnika çalışır.

Geri qayıt