Əsas Səhifə > Gündəm, Manşet > Şabran rayon icra başçısının keçən ilki fəaliyyətiylə bağlı hesabatı sakinlərdə ikrah yaradıb

Şabran rayon icra başçısının keçən ilki fəaliyyətiylə bağlı hesabatı sakinlərdə ikrah yaradıb


17-02-2015, 08:47
Şabran rayon icra başçısının keçən ilki fəaliyyətiylə bağlı hesabatı sakinlərdə ikrah yaradıb
DİA.AZ: - Redaksiyamıza bir qrup Şabran rayonu sakini adından müraciət ünvanlanıb. Şikayətçi düşən şabranlıların narazılığı icra başçısındandır. DİA.AZ olaraq müraciəti təqdim edirik:

“Hörmətli dia-az.life redaksiyası. Biz Şabran rayonun sakinləri sizə və sizin redaksiyanın vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeva imdad məktubu ilə müraciət edirik Sizin nəzərinizə çattırmaq istəyirik ki 07.02.2015 tarixdə Şabran rayonun icra başçısı Novruz Novruzov Şabran Rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat vermiışdi.

Biz o hesabtla tanış olduqdan sonra dəhşətə gəldik. Yalanı heç bir sərhədlərə sığmayan hesabat bizi dəhşətə gətirdi. O miqyasda yalanı Ölkə Prezidentinə demək biz hesab edirik ki vətənə xəyanət etmək kimi bir cinayəttir. Əgər bu hesabat Şabran rayonundaki vəziyyətdən xəbəri olmayan birinin əlinə düşsə, düşünər ki, Şabran Kaliforniyani inkişsafda qabaqlayır”.

Daha sonar narazılar dia-az.life-a yazır: “Əgər Novruz Novruzov özünün , havadarlarının, şəriklərinin villalarını, ticarət obyektlərini, fermalarını, dəyirman və şadlıq saraylarını abadlığını nəzərdə tutursa, bunlar bütünlükdə Şabran rayonu demək deyil. Əgər müstəqil bir komissiya yaradilsa və cənab Prezidentin nəzarəti altında tam olmaqla gəlsə rayona və yoxlamalar aparılsa, Novruzovun Hesabatımım yalan olduğundan əmin olarlar. Hansı iş yerlərindən Novruzov danışır hesabbata??? Hardadı o iş yerləri? Hansı asfaltdan danışır? Hansi abadlaşmış küçələrdən danışır? Hardadı o küçələr? Buyurun, gəlin, biz sakinlərə görsədin bunları?”

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt