Əsas Səhifə > Gündəm, Manşet, foto > Bir ayda ən azından 200 min manat qazanan Şamaxının icra başçısından prezidentə şikayət olundu

Bir ayda ən azından 200 min manat qazanan Şamaxının icra başçısından prezidentə şikayət olundu


11-02-2015, 10:05
Bir ayda ən azından 200 min manat qazanan Şamaxının icra başçısından prezidentə şikayət olundu
DİA.AZ: - Şamaxıdan redaksiyamıza şikayət məktubu daxil olub. Rayon sakinləri adından DİA.AZ-a ünvanlanan müraciətdə bildirilir ki, Şamaxı icra hakimiyyətinin başçısı Asif Acayev artıq iki ildir ki, onları «gün işığına həsrət qoyub». Sakinlər yazır:

«Asif Ağayev əslində bəlkə də digər rayon icra hakimiyyətinin başçılarından fərqlənmir. Çünki oxuyuruq, görürük ki, başqa rayonlarda da başçılardan şikayətlər var, sahibkarlara divan tutulur.

Amma Şamaxının dərdi bir başqadır. Azərbaycanın ən qədim yaşayış məskəni olan Şamaxı bu gün Azərbaycanda yaşanılması mümkün olmayan bir məskənə çevrilib. Əgər bu ay vəzifə başında iki ili tamam olan Asif Ağayev daha iki il Şamaxıya rəhbərlik edərsə, o zaman Şamaxı xarabalığa çevriləcək».

dia-az.life-a yazan Şamaxı sakinlərinin iddialarına görə, Asif Ağayev yerli sakinlər üçün əkin-biçin yeri saxlamayıb: «Şamaxı sakinlərinin dolanışığı olan əkin yerləri bu gün ayrı-ayrı adamlara icra başçısı tərəfindən satılıb. Bizneslə məşğul olan sahibkarlar isə başçının adından yığılan aylıqlardan cana doyub. Bəlkə də kiməsə bu ciddi məbləğ görünməyə bilər. Amma Şamaxıda təxminən 500-dən artıq iri sahibkar var və bu sahibkarların hər birindən ay ərzində 1000 manat alınırsa, bu da 500 min manat edir.

Yəqin ki, icra başçısı bu 500 min manatın hamısını tək yemir. Kimlərəsə də ötürür. Amma ən azından 200 min manatı onun TƏMİZ gəliridir. Və bu «təmiz» gəlir biz yetim şamaxılıların dərisinin boğazından çıxarılması hesabına başa gəlir».

Daha sonra Şamaxı sakinləri prezident İlham Əliyevə müraciət edirlər: «Biz dia-az.life vasitəsilə prezidentə müraciət edirik. Cənab prezident! Bu gün bütün Şamaxı camaatı Sizin yananızdadır. Amma Asif Ağayev sanki bu münasibəti həzm edə bilmədiyindən öz naqis əməlləri ilə Şamaxı camaatını prezidentə qarşı sürükləməkdədir. Xahiş edirik, bizə kömək edin»…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt