Əsas Səhifə > Gündəm, Manşet > İttiham hədəfinə çevrilən Abşeronun icra başçısı barəsində ən çox şikayət olunanıdır...
İttiham hədəfinə çevrilən Abşeronun icra başçısı barəsində ən çox şikayət olunanıdır...5-02-2015, 08:36 |
DİA.AZ: - Azərbaycanda yerli məmurların daha çox özbaşınalıqla məşğul olması səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlər də çox olur. Prezident Admnistrasiyası artıq bir neçə ildir ki, daha çox şikayət olunan icra başçılarının «reytinq cədvəli»ni də hazırlayaraq, onu cəmiyyətə açıqlayır. DİA.AZ-a daxil olan məlumata görə, yeni ilin ilk ayı üzrə hazırlanmış «reytinq cədvəli»ndə də maraqlı məqamlar var. Məlumatlarda deyilir ki, rəsmi dövlət qurumlarına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları icra başçısı Zakir Fərəcovdur. Abşeron rayonu rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyini əhatə edən bu şikayətlərin ümumi sayının yüzlərlə olduğu bildirilir. Xəbəri verən qaynaq iddia edir ki, əslində "yuxarıların" da hədəfinə çevrilməyi "bacaran" Zakir Fərəcov belə bir reputasiya ilə vəzifə başında uzun müddət qala bilməz. Belə ki, dia-az.life-a daxil olan məlumatlarda qeyd olunur ki, iqtidarda özünün dayaqlarını da itirən Fərəcova məhz bu səbəbdən müəyyən öhdəliklər də qoyulub: "Yəni neçə aydır ki, Abşeron RİH başçısı "biyar" adlana biləcək işlərə cəlb edilib. Aydın şəkildə ifadə etsək, Fərəcova oğurladığı pulların bir qismini xərclədirlər. Yəqin bu dönəmin yekunu Abşeronda başçı dəyişikliyi ilə nətciələnəcək". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |