Əsas Səhifə > Gündəm, Manşet > Oğlu müəllim tərəfindən döyülən valideyn Ramil Usubova şok müraciətdə bulundu

Oğlu müəllim tərəfindən döyülən valideyn Ramil Usubova şok müraciətdə bulundu


3-02-2015, 09:05
Oğlu müəllim tərəfindən döyülən valideyn Ramil Usubova şok müraciətdə bulundu
DİA.AZ: - Redaksiyamıza Şəki rayon sakini Daşqın Həşimov Mahmud oğlunun Daxili İşlər Naziri Ramil Usubova ünvanladığı şikayət məktubunun surəti daxil olub. DİA.AZ-a göndərilən müraciətin mətnində deyilir:

“Şəki rayonu Baş Göynük kənd 1 saylı tam orta məktəbin rus dili müəllimi kimi Sizə müraciət etməyə məcbur oluram. 11 gün əvvəl kiçik oğlum Sadıq Həşimov coğrafiya dərsi zamanı müəllim Kərimov Əvəz Söhrab oğlu tərəfindən amansızcasına döyülmüş, həkimin müayinəsindən sonra baş-beyin zədələnməsi diaqnozu ilə arayış təqdim edilmişdir. Hadisə barədə əvvəl 102 xidmətinə sonra isə yazılı olaraq Şəki polis İdarəsinə ərizə ilə müraciət etmişəm. Xeyli vaxt keçməsinə baxmayaraq tədbir görülmür.

Bu adamın saxta yollarla 2004-cü ildə Müəllimlər İnstitundan aldığı saxta "coğrafiya"ixtisaslı sənədi Təhsil Nazirliyinin araşdırmasından sonra məlum olmuşdur ki, 004756 saylı diplom 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun tələbəsinə verilibmiş. Məlum olmuşdur ki, eyni saylı diplomu 2004-cü ildə hansısa maraqlar ucbatından AMİ-nin Qazax filialı Əvəz Kərimova təhsil almadan "hədiyyə" etmişdir. Budur, Əvəz Kərimov hazırda Şəki rayonu, Baş Göynük kənd 1, kənd 2 və qonşu Baş Şabalıd məktəblərində 3 fənn üzrə tədris aparır. Faktiki olaraq pedaqogikadan xəbərsizliyi onu şagirdlərlə aqressiv davranmasına səbəb olur. O hələ bir neçə il əvvəl məktəb pedaqoji şurasının iclasında direktor müavini Söhbət müəllimi də müəllim kollektivi qarşısında yumruqlamış və qanını tökmüşdür. Rəhbərlik hadisə ilə bağlı lazımi tədbirlər görsə də, faydası olmamışdır”.

Daha sonra dia-az.life-a daxil olan və nazirə ünvanlanmış müraciətdə qeyd olunur: “Budur, 20 gündür ki, qonşum ağsaqqal Kənan Saatovun həyətinə qanunsuz daxil olub meyvə ağaclarını kəsib evinə aparmışdır. Kənan kişi Şəki polisinə şikayət ərizəsi yazsa da, xeyri olmamışdır.

Xatırladım ki, Ə.Kərimov əvvəlki kənd icra nümayəndəsi Nadir İmanovu öz xidməti kabinetində döydüyünə görə 3 il həbsxanada yatmışdır. Hazırda da hansısa cinayət işinə görə 2 il icbarı iş almışdır. Şəki polisinin bu adamın xətrinə dəyməyən hərəkəksizliklər etməsini başa düşə bilmirəm. Baxmayaraq ki, Əvəz Kərimovun dayısı oğlu hazırki kənd icra hakimidir, əgər Əvəz Kərimov adlı saxta diplom sahibi bir də cürət edib və kimlərəsə arxalanıb mənim oğluma dərs zamanı əl qaldırsa, onu anadan olmağına peşiman edəcəyəm. Yəni Azərbaycan qanunları işləmədiyi halda dədə-baba qanunlarını tətbiq edəcəyəm. Və bütün baş verə biləcək hadisələrə görə isə bütün məsuliyyəti Şəki Polisi daşıyacaqdır.

Cənab Nazir bu məslənin ar aşdırılmasını şəxsi nəzarətinizə götürməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt