Əsas Səhifə > Gündəm > Deputat Abbas Abbasovun təşkilatını

Deputat Abbas Abbasovun təşkilatını


31-01-2015, 14:28
Deputat Abbas Abbasovun təşkilatını
Moderator.az saytında “Abbas Abasovun ifşası” adı altında yazı ilə, həmçinin videolu görüntü vasitəsilə ilə oxucuları Rusiyadakı milli-mədəni təşkilat kimi adı ölkə ictimaiyyətinə tanış olan “Azərros”dakı son vəziyyət barəsində məlumat vermişdik.
Millət vəkili Zahid Oruca ünvanladığımız sual parlament üzvlərinin məlum intriqalara münasibəti, onların Rusiya azərbaycanlıların necə təşkilatlanması haqqında təkliflərini eşitmək idi. Sorğumuza verilən cavab belə oldu:

“Azərros” təşkilatı nizamnamə relslərindən çıxaraq iki dövlətin və iki şəxsin arasında qalıb.Təşkilatın güclü rəhbərə ehtiyacını hiss edən, eləcə də ideya-siyasi böhrandan çıxa bilmədiyini görən soydaşlarımızın Rusiya məkanında öz mənafelərini qoruyan başqa qurumlar axtarması başadüşüləndir. Dünyada diaspora -lobbi birliklərinin nüfuzu və təmsil olunduqları ölkələrdə malik olduqları təsirlə müqayisə edəndə bizim millətimizin adından çıxış edənlərin belə miskin vəziyyəti hər birimizi narahat edir. Müxtəlif təhlükəsizlik və siyasi quruluşların içərisindən gələn proqramlarla idarə olunanları başqa aqibət də gözləmirdi.

Ona görə ”Azərros” ölkəmiz uğrunda mübarizə aparan dairələrin gizləndiyi səngərə çevrilib. 2 il əvvəl prezident seçkilərində olduğu kimi, indi Rusiyada müəyyən qruplar Azərbaycan üçün alternativ namizədlər hazırlamaqda davam edirlər. Hər halda ən yüksək ranqlardan olmasa da, hakim elita içərisində buna yatırım qoyanlar və oradakı azərbaycanlı milyarderlərin vəsaitini buna xərcləyənlər çox bahalı bir layihəni həyata keçirdiklərini düşünürlər.

Görünür, Müttəlibovun ölkəmizə qayıtması və onun hakimiyyətlə heç bir konfrontasiyaya getmədən dinc yanaşı yaşama müqaviləsini bağlaması, həmçinin sabiq prezidentin siyasi iddialarından tam daşınması fonunda Azərbaycana kənar təzyiq üçün yeni simalara ehtiyac yaranıb.”Müqəddəs yer boş qalmır” misalı artıq bütün kriminal siyasi oyunların və çirkli ssenarilərin baş epiqrafına çevrilib.
Hər halda Söyün Sadıqovun hazırkı davası təşkliatını əvvəlki sabit vəziyyətə qaytarmağa yönəlib, lakin vaxtilə yol verdiyi səhvlər və “Azərros”un “səhm paketi”nin xeyli hissəsinin başqa əllərə keçməsi fonunda orada dinclik yaratmaq və ikihakimiyyətliliyə son qoymaq mümkün olmayacaq. Daxili intriqalar “Azərros”u AXC-yə döndərib və belə şəraitdə Rusiyada idarəçiliyə təsir göstərmək, azərbaycanlıları daha yüksək maraqlar uğrunda mübarizəyə qaldırmaq qeyri-mümkündür. Əgər bir qurumun tədbiri xüsusi xidmət orqanlarının kurasiyası altında keçirilirsə,onu çoxminlik əhali qrupları müdafiyə etməyəcək. Azərbaycanın gələcəyi haqqında plan quranların hamısı bunu bilməlidir."

Geri qayıt