Əsas Səhifə > Gündəm, Manşet > Təhsil nazirliyində saxta diplomları rəsmiləşdirən kimdir?

Təhsil nazirliyində saxta diplomları rəsmiləşdirən kimdir?


29-01-2015, 09:29
Təhsil nazirliyində saxta diplomları rəsmiləşdirən kimdir?
DİA.AZ: - DİA.AZ-a Şəkidən müraciət edən Nüsrət Cəfərov adlı şəxs müəllimlərdən biri ilə bağlı narazılığını ifadə edir. Redaksiyamıza daxil olan məktubda deyilir:

“Əvvəllər törətdiyi cinyətə görə 3 il həbs cəzası çəkmiş hazırda isə digər cinayətinə görə 2 il icbari həbs cəzası çəkmədə olan Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbin müəllimi Kərimov Əvəz Zöhrab oğlu son vaxtlar bütün acığını dərs zamanı uşaqlardan çıxır. O uşaqları amansızcasına döyməklə yanaşı müəllimlərlə də əlbəyaxa olmaqdan çəkinmir.

2012-ci ildə əvvəl pedaqoji şuranın iclasında direktor müavini Hacıyev Söhbətə əvvəlcə qadın müəllimələrin yanında küçə söyüşlərilə təhqir etdikdən sonra onun sifətini yumruqlamış, al-qana boyamışdır. 90 nəfərlik kollektiv hadisə barəsində akt tərtib edib göndərmişlər. Amma nə fayda. Bu adam əvvəl İqtisad Universitetinin mühasibatlıq fakultəsini qiyabi qurtarıb. Sonra da Müəllimlər İnstitunun Qazax Filialından 2004-cü ildə "goğrafiya" ixtisası üzrə saxta diplom əldə edib və hazırda 3 ixtisas üzrə dərs deyir”.

Daha sonr narazı valideyn dia-az.life-a yazır: “Baxmayaraq ki, onun diplomunun saxta olması Təhsil Nazirliyinin kadrların idarə edilməsi şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində saxta olduğu sübuta yetirilmiş və Şəki Təhsil Şöbəsinə 29 mart 2012-ci il tarixli məktub göndərilmişdir. Amma nə faydası Ə.Kərimov əldə etdiyi saxta diplomuna ikinci"həyat" verməyin yolunu da tapmışdır. Belə ki, O Təhsil Nazirliyinə qarşı diplomun tanınması barədə ərizə yazaraq "ədalət"i bərpa edə bilmişdir. Şəki Məhkəməsi isə hansısa maraqlardan bəhrələnərək iddianı ağına-bozuna baxmadan təmin etmişdir. Bu da nəticələr.

Amma həqiqətən Ə.Kərimov reallıqda 1 ay Müəllimlər İnstitunda pedaqoji təhsil alsaydı, dərs və məktəb kollektivində ağlına gələn hərəkətlərə yol verməzdi. Bir valideyn olaraq müraciət etməyimizin məqsədi budur ki, nə qədər ki, bu saxta müəllimin əlində hansısa şagird ölməyib- təcili olaraq ya saxta diplomu ( Təhsil Nazirliyinin 004756 saylı diplomu 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun hansısa məzununa təqdim edilmək üçün verilmiş) , yəni eyni nömrəli diplomun ikinci sahibi olan Əvəz Kərimov adlı şəxsdən alınaraq onun yenidən pedaqoji təhsil verən İnstitutlardan birinə təhsil alması üçün göndərəsiniz. Ə.Kərimovun sonuncu şagirddöymə aktı 4 gün əvvəl Həşimov Sadiq adlı şagirdin baçına baçına yumuruqları vurmasından sonra valideynlər arasında yaranan ajiotajdır. 7-ci sinif şagirdi aldığı zərbələrdən 40 dəqiqə sonra özünə gəlmişdir. müəllimlər 102 xidmətinə hadisə barədə məlumat versələr də hələlik nəticə məlum deyil. Hadisə barədə sinif şagirdləri izahat yazmış, direktor akt tərtib etmişdir.

Bütün bu hadisələrin əsas səbəbkarı isə Şəki Məhkəməsinin saxtakar hakimidir ki, vaxtında Ə.Kərimovun şəxsi maraqlarını kənara qoyub Təhsil Nazirliyinin ifşa etdiyi 004756 saylı saxta diploma bəraət verməsəydi yəqin ki, camaatın uşaqları hər gün döyülməzdi”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt