Əsas Səhifə > Gündəm, Manşet > Gürcüstandakı soydaşlarımıza qarşı yeni təhlükə: Onlar kütləvi şəkildə vəhabiləşdirilə bilər
Gürcüstandakı soydaşlarımıza qarşı yeni təhlükə: Onlar kütləvi şəkildə vəhabiləşdirilə bilər22-01-2015, 09:33 |
DİA.AZ: - “Azərbaycanda radikalizmi gizli yayan və dindar gəncləri qızışdıran, ölkədə Ləzgi məscidini idarə edən və “kafirlərə qarşı mübarizə” adı altında Azərbyacanı cəhənnəmə çevirmək istəyən şəxs ərəb ölkələrində radikal islamçı kimi tanınmış Gürcüstan vətəndaşı Veysəl Orucovdur”. DİA.AZ bildirir ki, iki gün əvvəl az qala bütün xəbər portallarının elektron ünvanına bu sözlərlə müraciət edən şəxslər V.Orucovun dini qurumlara müdaxilə etdiyini, hətta ardıcıllarına fitva verdiyini də iddia ediblər: “Veysəl Orucov əslən azərbaycanlı olduğu üçün ölkədə dini duruma müdaxilə edir və fitvalar verir. Orucovun arxasında hansı ölkələrin kəşfiyyat xidməti durur, bu, hamıya məlumdur. Əlbəttə, Gürcüstanın strateji müttəfiqi olan ölkələr”. Məktubda o da qeyd olunurdu ki, V.Orucov Azərbaycandan Misir, Qətər və digər ərəb ölkələrinə gizli şəkildə tələbələr göndərir: “V.Orucov Azərbaycandan əsasən radikal fikirli təkfirçiləri və xəvaricləri təhsil almaq üçün Misirə, Qətərə və digər ərəb ölkələrinə göndərir. Həmin radikal təhsil görmüş insanlar da bir müddətdən sonra Azərbaycana qayıdır və Veysəlin təlimatlarına görə hərəkət edirlər. Məsələn, Ləzgi məscidində Ləzgi Anar kimi tanınan şəxs var. Bu adam məsciddə sərt rejim yaradıb. Camaatı cümə namazı qılmağa məcbur edir. O, gənclərə valideynlərinin icazəsi olmadan kəbin kəsir. Soruşduqda isə, “Onlar kafir olduğu üçün icazə lazım deyil”, – deyir. Bu şəxs məhz Veysəl Orucov tərəfindən ərəb ölkələrində yetişdirilib”. Yada salaq ki, ötən ilin mayında azərbaycanlı sələfilər arasında qarşıdurma yaşanmışdı. Belə ki, fəaliyyətini dayandırmış Əbubəkr məscidinin imamı Qamət Süleymanov vəhhabilərin öndə gedənlərindən olan Veysəl Orucovu tənqid etmişdi. Onun ad çəkmədən V.Orucovla bağlı “bidətçilərlə” oturub-durduğunu söylədiyi deyilir. Vəhhabilərin imamı Orucovu Suriyada döyüşən azərbaycanlıları dəstəklədiyi üçün də tənqid edib. Bu isə V.Orucovun ətrafında olan vəhhabilərin xoşuna getməyib. DİA.AZ bildirir ki, bu yazı işıqlandıqdan sonra yenidən eyni mövzu ilə bağlı e-mail adresimizə müraciət daxil olub. Özünü Eldar Hüseynov kimi təqdim edən şəxs iddia edir ki, Veysəl Orucov Gürcüstanda radikal vəhabilərin imamı kimi tanınır və Gürcüstanın xüsusi xidmət orqanları ilə əlaqədar olduğundan, ona qarşı gedənləri Gürcüstanın təhlükəsizlik qurumları incidirlər. Veysəl Orucova rəsmi Tiflis tərəfindən gözəl şəraitin yaradıldığını iddia edən müraciət müəllifi onu da bildirir ki, Gürcüstanda Soğanlı kəndində Veysəl Orucov vəhabi məscidi də inşa etdirir. Daha sonra müraciət müəllifi DİA.AZ-a yazır: “Əgər Veysəl Orucov bizim barəmizdə müsvət rəy verməzsə, rəsmi Tiflis həmin Gürcüstan azərbaycanlısına süni sənəd problemi belə yaradır. Belə bir imkana malik olan şəxs Gürcüstandakı azərbaycanlıları kütləvi şəkildə vəhabiləşdirməklə məşğuldur”. Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |