Əsas Səhifə > Gündəm, Manşet > “AccessBank”da hörmətsizliklə qarşılaşan müştəri pullarını bankdan çıxarma qərarı versə də...
“AccessBank”da hörmətsizliklə qarşılaşan müştəri pullarını bankdan çıxarma qərarı versə də...17-01-2015, 11:18 |
DİA.AZ: - Redaksiyamıza Elçin Nizami oğlu Mehtiyev (Vətənoğlu) imzası ilə şikayət məktubu daxil olub. DİA.AZ olaraq narazı vətəndaşın müraciətini təqdim edirik: “Mənim sizə ünvanladığım müraciətin səbəbi, “AccessBank”-ın Şirvan filialının kobud qanun posuntusuna getməsilə əlaqədardır... Mən Elçin Mehtiyev, ölkə hüdudlarından kənarda fəliyyət göstərən Azərbaycanlı iş adamıyam. Ölkədən kənarda gərgin və keşməkeşli bir əmək fəaliyyəti ilə məşğul olaraq qazandığım vəsaiti doğma vətənimdə, hər zaman böyük nailiyyətlər qazanmış “AccessBank”a yerləşdirirəm. Bu vəsaitləri ölkədaxili banklarda yerləşdirməklə, özümü ölkə iqtisadiyyatına köməklik göstərən bir vətəndaş hesab edirəm. Yuxarıda adı çəkilən bankın Şirvan filialında, qanunsuzluq halları baş alıb gedir. Bankın fəaliyyətində ciddi qanun pozuntuları meydana gəlib.. Adı dünyanın aparıcı bankları sırasında olan AccessBank, Şirvandakı nüfuzunu itirib. Bankın rəhbərliyinə gəlincə isə, onu gündüz vaxtı “əli çıraqla” da gəzsək, yerində tapmarıq.. Bir sözlə AccessBank, sözün əsl mənasında Şirvanda öz nüfuzunu itirmiş sayılır. Mən, şəxsi müşahidəm nəticəsində həmin bankda qarşılaşdığım kobud qanun pozuntularını sizinlə paylaşıram.. Belə ki, yaxın günlərdə, həmin bankdakı hesabımdan pul götürmək üçün ora getmişdim.. İlk olaraq qarşılaşdığım mənzərə, özbaşınalıq və xaosdan ibarət olmaqla adamın nəzər-diqqətini özünə cəlb edir.. Özlərini evdə olduqları kimi aparan işçilər stol arxasında, ətrafı saya salmadan, bir-birləri ilə şəxsi həyat zəminində “şirin-şirin”söhbət edir, “romantika və sevgi” dünyasına qərq olaraq ətrafı görmürlər.. Buna faktiki olaraq bankın müştəri xidmətləri üzrə aparıcı kredit mütəxəsisi Rafil Abbasovu göstərmək tam yerinə düşər... Dünya miqyaslı elit bir bankı, görün kimlərin ixtiyarına büraxılıb!! Bu bank deyil, əsgər kazarmasıdır ki var. Burada baş verənlər isə, rüsvayçılıqdır, biabırçılıqdır... Mən, orada sözügedən şəxsi hesabımdan 1500 manat pul götürmək üçün Rafilə müraciət etdikdə belə bir cavabla qarşılaşdım. "kimdir eee arxivə girib sənin sənədlərini araşdırıb axtaran” deməsi, bütün şübhələrimə son qoydu. Bu özbaşınalıqdan sonra çıxış yolu olaraq bu bankla müqaviləni pozmaq qərarına gəldim.. Hətta tükü belə tərpənməyən Rafil Abbasov məni bir müştəri kimi itirməyinə heç də peşman olmadı.. Elə əvvəl olduğu kimi “həmsöhbəti” və həmkarı olan Aysel xanımla “söhbətini” davam etdirməyi üstün tutdu... Bütün bu hallarla yanaşı, bankın xəzinəsində də özbaşınalıq, hərc-mərcliyin hökm sürdüyü müşahidə olunur. Hətta banka üz tutan müştərilərə, elementar adı normativ xidmətləri o cümlədən sıralama sistemi ( nömrə sistemi) də yoxdur. Mən özümü bir vətəndaş olaraq təhqir olunmuş hesab edirəm, bu halın ciddi olaraq araşdırılmasını və sözügedən “mütəxəsis” Rafilin barəsində cəza tədbirinin görülməsini tələb edirəm”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |