Əsas Səhifə > Gündəm, Manşet > Əxlaqsız kampaniyanın hədəfi olan keçmiş rektordan ilginc açıqlamalar

Əxlaqsız kampaniyanın hədəfi olan keçmiş rektordan ilginc açıqlamalar


16-01-2015, 09:05
Əxlaqsız kampaniyanın hədəfi olan keçmiş rektordan ilginc açıqlamalar
DİA.AZ: - Gəncə Dövlət Universitetinin keçmiş rektoru, filologiya üzrə elmlər doktoru, professor Yadigar Əliyev redaksiyamıza ünvanına bəzi xəbər portalları tərəfindən yağdırılan ittihamlarla bağlı reaksiyasını yollayıb. DİA.AZ olaraq sabiq rektorun fikirlərini təqdim edirik:

"Hörmətli DİA.AZ, hörmətli MƏHƏMMƏD ƏRSOY

Dünən bəzi xəbər saytlarında mənim haqqımda həqiqətə uyğun olmayan yazı getmişdir.Mənimlə baglı gedən yazı haqqında öz mövqeyimi Sizə göndərirəm.Dərc etməyinizi xahiş edirəm.Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Dünən saytda getmiş yazıda həqiqəti əks etdirməyən məqamlar vardır. Əvvəla, bu gün Yadigar Əliyev haqqında lətifələr yox, kimin üçün xoş, kimin üçün “bəd” olan xatirələr yadda qalıb. Xoş xatirələrin böyük bir hissəsi Gəncə Dövlət Universitetinin vicdanlı, ləyaqətli müəllimlərinin və ciddi, keyfiyyətli tədris, dəmir nizam-intizam, olduqca obyektiv imtahanlar görmüş tələbələrinin payına düşür. Maraqlı epizodlar isə vardı: rektorun ictimai nəqliyyatla işə gedib-gəlməyi, vaxtaşırı universitetimizin müxtəlif istiqamətlərdə yerləşən korpuslarına tək-tənha (yəni müşayiətçilər olmadan), piyada baş çəkməyi, qəflətən və gözlənilmədən dərslərə girmək, “facebook” səhifəsində tələbələrin göndərdikləri məktublar, rektorun mobil telefon nömrəsini bütün tələbələr, müəllimlər və universitetin əksər əməkdaşlarının əzbər bilməsi və s.

Yadigar Əliyev qadınlara, yaşca və vəzifəcə böyüklərə həmişə böyük hörmət göstərib və indi də hörmət göstərir. Ancaq ali məktəbdəki iş yerində heç kim “ayaqqabısını çıxarıb “şap-şap” geyinmir”.Yadigar Əliyevin də hər gün ayaqqabısını çıxarıb, “şap-şap” geyinməyinə yardım göstərdiyi, hətta ayaqlarını yuyub-quruladığı yeganə qadın isə anasıdır. Və üstəlik o, hər bir Azərbaycan qadınını özünə ana və bacı bilir. BDU-nun aspiranturasını bitirdikdən sonra, ilk iş yerim olmuş özəl ali məktəbin kollektivini və məni övladlarından ayırmayan “oğlum” –deyə müraciət edən rektoru bu gün də böyük minnətdarlıqla xatırlayıram. Nəzərə çatdırım ki, orada tək mən yox, bir çox ali məktəblərin, o cümlədən GDU-nun professor-müəllim heyəti də çalışırdı. Və orada çalışan professor-müəllim heyətindən iki nəfər sonradan Gəncə Dövlət Universitetinin rektoru oldu.

Mən bir müddət həmin ali məktəbdə Dillər kafedrasının baş müəllimi və referent işləmiş, təhsil müəssisəsinin fəaliyyəti dayandırıldıqdan sonra isə Təhsil Nazirliyinin yüksək vəzifəlilərindən birinin tövsiyəsi və tapşırığı ilə Gəncə Dövlət Universitetinə işə qəbul olunmuşam.

İlk əmək fəaliyyətinə başladığım özəl ali məktəbin rəhbəri olmuş hörmətli Əsmət xanımı, eləsə də sonrakı elmi-pedaqoji fəaliyyətimi bağladığım GDU-nun rektoru olmuş hörmətli professor Mübariz Yusifovu böyük minnətdarlıqla xatırlayıram.

O ki qaldı mərhəmətli qəlbə sahib olmaqda ad çıxarmağıma, əzazil olmamağıma (biz ancaq düşmənə əzazil olmalıyıq, övladlarımız olan tələbələrə, ata-anamız, bacı-qardaşımız olan müəllimlərə, tədris-köməkçi heyətinə yox), qoy buna mənim rektor olduğum dövrdə GDU-da təhsil almış tələbələr, onların valideynləri (tələbəni oxutduran valideyndir; hər şeyin düzünü o, yaxşı bilir) münasibət bildirsin, səsimə səs versinlər".

Geri qayıt