Əsas Səhifə > Gündəm, Manşet > Minlərlə suriyalı qaçqın ailəsi Azərbaycana köç etmək istəsə də, buna icazə verilməyib
Minlərlə suriyalı qaçqın ailəsi Azərbaycana köç etmək istəsə də, buna icazə verilməyib13-01-2015, 09:26 |
DİA.AZ: - Bəşərə Əsədə qarşı Qərbin başladığı savaş nəticəsində bu gün milyonlarla suriyalı ölkəsindən didərgin düşüb, yüz minlərlə suriyalı isə həyatını itirib. Və hələ də qətliam davam edir. Suriya Bəşər Əsədi devirməyi bəhanə edən Qərbin hoqqalarının qurbanına çevrilib. Nəticədən bir müsəlman ölkəsi xarabalığa çevrilib. Bildirək ki, bu gün ən çox suriyalı qaçqına sığınacaq verən ölkə kimi tanınanı qardaş Türkiyədir. Amma digər ölkələrə də minlərlə suriyalı qaçqın kimi köç edib. Lakin Azərbaycana Suriyadan köç edənlər olmayıb. Doğrudur, işğal altında olan torpaqlarımıza düşmən Ermənistan tərəfindən müəyyən qədər suriyalı erməni köçürülsə də, bu da kütləvi xarakter ala bilmədi. Səbəbsə özünü zar-zor dolandıran Ermənistanın Suriyadan köçən ermənilərə sahib çıxa bilməməsi faktıdır. Özü dilənçi günündə olan Ermənistanın kimlərəsə sığınacaq vermə qabiliyyətinin olmadığı elə əvvəlindən bəlli idi. DİA.AZ-a Türkiyədəki mənbələrdən daxil olan informasiyalardan isə aydın olur ki, bu gün təxminən 7 minə yaxın suriyalı ailə Azərbaycana köç etməsi üçün ölkəmizin Türkiyədəki səfirliyinə müraciət edib. Məlumatı verən mənbə iddia edir ki, bus ay savaş başlayan müddətdən bəri edilən müraciətləri əks etdirir: «Hələ də müraciətlər davam edir. Amma rəsmi Bakı müraciətləri müsbət dəyərləndirməyib». Mənbə dia-az.life-a bildirir ki, hələ ilk günündən rəsmi Bakı həmin müraciətlərə rədd cavabı verib: «Azərbaycanın bu rədd cavabının arxasında konkret olaraq siyasi maraqların dayandığı faktdır. Bundan əlavə, Azərbaycanın özünün bir milyon qaçqını var». Bu arada mənbəmiz maraqlı bir faktı da açıqladı: «Amma Türkiyədəki səfirliyimiz bu rədd cavablarını maraqlı bir formada izahlayıb. Suriya qaçqınlarının Türkiyədəki təşkilatlanmış nümayəndəliyinə net şəkildə bildirilib ki, 1-ci Qarabağ savaşı zamanı xeyli sayda suriyalı Azərbaycana qarşı savaşıb və Azərbaycanın xüsusi xidmət orqanları ehtiyat edir ki, bu köç zamanı həmin şəxslər də ölkəmizə gələ bilər və bu da açıq şəkildə mili təhlükəsizliyin təhdididir». Geri qayıt |