Əsas Səhifə > Gündəm, Manşet > Kim deyir ki, orduda “dedovşina”nın kökü kəsilib? – “Dedovşina”nın qurbanı olan əsgərin atası haray çəkdi
Kim deyir ki, orduda “dedovşina”nın kökü kəsilib? – “Dedovşina”nın qurbanı olan əsgərin atası haray çəkdi5-01-2015, 11:01 |
DİA.AZ: - Bərdə rayon F.B. Köçərli küçəsi ev 32-də yaşayan Tağızadə Yusif Sahibəli oğlu dövlət başçısına, baş prokurora, müdafiə nazirinə və hərbi prokurora şikayət məktubu ünvanlayıb. DİA.AZ bildirir ki, bu şikayətin bir nüsxəsi də redaksiyamıza daxil olub. Narazı vətəndaşın ərizəsində deyilir: “Yazıb Sizə bildirmək istəyirəm ki, övladım Tağızadə İsmayıl Yusif oğlu Bakı şəhərində N saylı hərbi hissədə siravi əsgər kimi xidmət edirdi. Onun səhhətində problem yarandığına görə müalicə olunmaq üçün hərbi hospitala göndərilmişdir. Hərbi hospitalda müalicə olunarkən orda olan kursant tərəfindən döyülərək bədən xəsarəti yetirməklə burnu sındırılmışdır. İşin araşdırılması təhqiqatçı mayor Kamran müəllimə həvalə edilmişdir. Kamran müəllim də öz növbəsində işi araşdırmaq əvəzinə ört-basdır etməklə məşğuldur, şifahi olaraq mənə bildirmişdir ki, “kursant yaxşı nəsil-nəcabatdandır. Onun imkanı var. Sizə köməkdarlıq da edər”. Mən bununla razılaşmayanda, “niyə obyektiv araşdırma aparılmır” deyəndə “narahat olmayın, haqqınıza çatarsız” cavabın aldım. Bundan sonra dolayı yolla şahid düzəldirlər ki, güya övladım hansısa əsgərləri döyüb əlindən telefon, saat, pul alıb. Bu tamamilə yalandır. Bütün bunların hamısı kursantın oğlumun burnunu qırmasını ört-basdır etmək üçün hazırlanan müdafiə xarakterli işidir. Mən dəfələrlə həmin kursantın barəsində qəbul edilmiş rədd qərarını tələb etsəm də, nə mənə, nə də övladıma həmin qərarı verməmişdilər. Xahiş edirəm, övladımın burnunu sınıdıran kursantın barəsində cinayət işi başlanmasına dair rədd edilmiş qərar ləğv edilsin, övladım ekspertizadan keçırməklə tibbi ekspert rəyi alınsın, həmin kursantın və işi rədd edən təhqiqatçının barəsində qanuni tədbir görülsün”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |