Əsas Səhifə > Gündəm, Manşet > İsmayıllı sakinlərinin gözü üsyandan sonra əməlli-başlı qırılıb

İsmayıllı sakinlərinin gözü üsyandan sonra əməlli-başlı qırılıb


25-12-2014, 09:48
İsmayıllı sakinlərinin gözü üsyandan sonra əməlli-başlı qırılıb
DİA.AZ: - Redaksiyamıza müraciət ejdən bir qrupp İsmayıllı sakininin narazıçılığı 23 oktyabr tarixində keçirilən bələdiyyə seçkilərindəndir. Sakinlər DİA.AZ-a yazdıqları müraciətlərində bildirirlər ki, rayonda seçki yox, seçki adına şou keçirilib. Belə ki, rayon icra hakimiyyətinin başçısının birinci müavini Rövşən Ağayevin müdaxiləsi ilə bütün bələdiyyələrin üzvləri qabaqcadan təyin olunduqlarından, seçki formal xarakter daşıyıb.

Sakinlər dia-az.life-a yazdıqları müraciətlərində maraqlı məqamlara da toxunublar: «Bizim rayonun icra başçısı Mirdaməd müəllim əslində, yaxşı adamdır. Amma icra hakimiyyətində olan «köhnə qurdlar» ona işləməyə imkan vermirlər. Dəfələrlə rüşvətə qarşı mübarizə aparsa da, başçı bu gün İsmayıllıda rüşvətin qarşısında ağ bayraq qaldırıb. Bəlkə özü də faydalanır.

İsmayıllı sakinlərinin gözü üsyandan sonra əməlli-başlı qırılıb
İsmayıllı sakinlərinin gözü üsyandan sonra əməlli-başlı qırılıb
İsmayıllı sakinlərinin gözü üsyandan sonra əməlli-başlı qırılıb

Bələdiyyə seçkiləri də eyni qaydada keçdi. Bütün bələdiyyə üzvləri təyin olundular. Çünki hər kəs qabaqcadan pullarını vermişdi. Ona görə də kimsə seçkidə həyəcan keçirmədi… Nə namizədlər, nə də seçicilər. Çünki hər kəs nəticəni qabaqcadan bilirdi».

Sakinlər bildirirlər ki, ümumiyyətlə, İsmayıllıda bu gün yerli polisin əhali üzərində təzyiqi güclüdür: «Məlum üsyandan sonra İsmayıllı camaatının gözünü qırıblar. Hamı ehtiyat edir. Ona görə də şou kimi keçən seçkilərə kimsə etiraz etməyi belə düşünmədi».

Geri qayıt