Əsas Səhifə > Gündəm, Manşet > Rövnəq Abdullayevin sezonudur - İstisinə qızınmadığımız qazın dəmi canımızı almaqdadır...

Rövnəq Abdullayevin sezonudur - İstisinə qızınmadığımız qazın dəmi canımızı almaqdadır...


11-12-2014, 09:37
Rövnəq Abdullayevin sezonudur - İstisinə qızınmadığımız qazın dəmi canımızı almaqdadır...
Artıq qış özünü Azərbaycanda da göstərməkdədir. Havaların qəfil soyuması isə başqa bir problem yaradıb. Tempraturun aşağı düşməsi ilə Bakıda artıq neçə şəxs dəm qazından zəhərlənərək ölüb.

Artıq neçənci qış fəslidir ki, dəm qazı gözə görünməz killer kimi ailələri gözüyaşlı qoyur. Son üç ölüm hadisəsi də onu göstərdi ki, ötən illərdəki çoxsaylı ölümlərə baxmayaraq, hökumət faciələrin qarşısını alamaq üçün heç bir addım atmayıb. Rəsmi statistikaya görə Azərbaycanda dəm qazından zəhərlənmə halları son illərdə bir neçə dəfə artıb. Hər il xüsusilə qış mövsümündə Bakıda və regionlarda yüzlərlə insan dəm qazının qurbanı olur.

Ekspertlər zəhərlənmənin bir neçə səbəbdən baş verdiyini bildirirlər. İrandan və başqa xarici ölkələrdən gətirilən qaz sobalarının standartlara cavab verməməsi, binaların havalanma sisteminin vaxtında təmizlənməməsi, vətəndaşların qızdırıcı vasitələrdən düzgün istifadə etməməsi faciəyə səbəb olan əsas səbəblər kimi göstərilir. Bütün bunlara görə isə ayrı-ayrı dövlət qurumları cavabdehdir. Başqa sözlə, ölkə vətəndaşlarının təhlükəsizliyinə təminatçı olması haqda and içən dövlət başçısının təyin etdiyi vəzifəli şəxslərin səhlənkarlığı üzündən insanlar dünyasını dəyişir. Amma başlıca səbəb yenə də dəm qazı olaraq qalır.

Axı bu dəm qazı nədir, o, insanı necə zəhərləyir? Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Eyni zamanda alışma sistemi pis işləyən avtomobillər də dəm qazı istehsalçısı sayıla bilər. Avtomobilin havaya buraxdığı dəm qazı ümumi ekoloji ağırlıq yaratsa da, insan həyatını ölüm həddinə çatdıra bilmir. Çünki dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Karbon monoksidə gözəgörünməz killer də demək olar. Bu qaz iysiz, rəngsiz olduğundan insan onu hiss etmir. İnsan bu qazla zənginləşmiş hava ilə tənəffüs etdikdə karbon monoksid qana daxil olur və nəticədə karboksihemoqlobin yaranır. Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır.

Qaz zəhərlənmələrində soyuq aylarda əhalinin qazla təminatında fəsillələrin yaranması, qaz kəsilmələri də rol oynayır. Əslində havanın tempraturundan asılı olmayaraq qaz təminatında fasilələrin yaranması qeyri-qanunidir. Paytaxda qaz verilən bütün zonalara sayğaclar quraşdırldığı üçün hamının evində sayğaclar var. Burda qış mövsümü sözünü ortaya qoymaq düzgün deyil. Fəsildən və gündən asılı olmayaraq əhaliyə qaz verilməli və işlətdikləri enerji borcuna görə pul tələb olunmalıdır. Hər bir vətəndaş öz isçtəyinə uyğun olaraq yayda da qızıdırıcıdan istifadə edə bilərəm. Bunun heç nə ilə əlaqəsi yoxdur. Ona görə də "Azəriqaz" əhalini normal qazla təmin etməlidir. Havanın temperaturuna uyğun olaraq qazın təchizatı sərfiyyata uyğun olmalıdır. Rəsmi məlumatlara inansaq, Azərbaycanın qaz ehtiyyatları imkan verir ki, təlabat tam ödənilsin. Dəm qazından zəhərlənmələrlə bağlı başqa bir maraqlı məqam da var.

Əslində diqqətlə araşdırsaq görərik ki, problem əhaliyə verilən təbii qazın keyfiyyətindədir. Azərbaycan Layihə və Qaz Elmi-Tədqiqat İnstitutu hər ay əhaliyə verilən qazın tərkibini yoxladığını və bu zaman məişət qazının istilikvermə qabiliyyəti, karbohidrogen tərkibinin təhlil olunduğunu bildirir. Amma nəticə başqa faktı ortaya qoyur.

Geri qayıt