Əsas Səhifə > Gündəm, Manşet > Şok iddia: Gəncədə vəhabi tələbələrin etiraz aksiyası gözlənilir – GDU rəhbərliyi üsyan təhrikçisi rolunda

Şok iddia: Gəncədə vəhabi tələbələrin etiraz aksiyası gözlənilir – GDU rəhbərliyi üsyan təhrikçisi rolunda


2-12-2014, 10:15
Şok iddia: Gəncədə vəhabi tələbələrin etiraz aksiyası gözlənilir – GDU rəhbərliyi üsyan təhrikçisi rolunda
DİA.AZ: - Son zamanlar Gəncə Dövlət Universiteti ilə bağlı müxtəlif KİV-lərdə çox ciddi ittihamların yer aldığı informasiyalar yayılmaqdadır. Qey edək ki, bu qəbildən olan məlumatlar DİA.AZ-ın da elektron poçtuna dəfələrlə göndərilib. Biz də öz növbəmizdə maraqlı olanları oxucularımızın nəzərinə çatdırmışıq.

Bu dəfə də eyni qaynaqlar redaksiyamıza ilginc iddiaların yer aldığı bir məqaləni göndəriblər. DİA.AZ olaraq həmin məqaləni olduğu kimi təqdim edirik və bəri başdan bəyan edirik ki, qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq:

“Uzun müddətdir ölkə mətbuatın gündəmində Gəncə Dövlət Universiteti və bu universitetin rektoru,kimya elmləri doktoru, professor Yusif Yusibovun qanunsuz əməllərindən bəhs edən yazılı materiallar yer almaqdadır

Həmin tənqidi məqalələrdə tələbələrin rüşvət qarşılığında dərslərdən kənarda qalmasına göz yummaq, qeyri-peşə sahiblərinin Universitet daxilində yüksək vəzifələrə təyin edilməsi kimi ciddi məqamlara toxunulur. Təbii ki, bu qədər ciddi ittihamların qarşılığında Y. Yusibovun heç nə olmamış kimi vəzifəsində qalması, hətta ən cüzi narahatlıq hissini keçirməməsi rektorun əzələ nümayişi kimi qəbul olunmalıdır.

Əlbəttə, bu güc göstərisi və yaxud da özünə inamın Azərbaycan reallığında tam fərqli “tərcüməsi” mütləq olmalıdır.Məlumdur ki, GDU-nun artıq köhnəlmiş “yeni rektoru” bu vəzifəyə sahiblənmək üçün birbaşa təhsil naziri cənab Mikayıl Cabbarovdan “xeyir-dua” alıb. Yusibovun qardaşı Mikayıl Cabbarovun qardaşı ilə ölkənin aparıcı nazirliklərinindən birində çalışırlar. Cox yaxın dostluq əlaqələrinə malik iki qardaşın səyi nəticəsində nazir Mikayıl Cabbarov ölkə başçısından Yusif Yusibov üçün ricada bulunub. Bundan sonra Gəncə Dövlət Universitetinin “qara günləri”ni başladan kimyagər professor qısa müddət ərzində özünü ifşa etməyi bacarıb. Əvvəlcə tutduğu vəzifəyə yiyələnmək üçün külli miqdarda pul xərclədiyini bildirərək hamisi Cabbarovu “qorumaq” istəyən rektor, daha sonra rəqiblərinə sinə gərmək üçün ən böyük kartını da ortaya qoymuş olub. Mətbutda dərc olunan tənqidi yazıların universitetdə fəaliyyət göstərən və onu dəstəkləməyən qüvvələr tərəfindən təşkil olunduğunu düşünən rektor nazir Mikayıl Cabbarovun adını hallandırmaqla onları qorxutmağa çalışıb. Planın davamı kimi isə səssiz qalaraq “yanvar yığımı”na başlayan Yusibov mətbuata laqeyd münasibəti ilə də kreslosunun təminat altında olduğunu sübut etməyə çalışır.

Biz növbəti yazılarımızda Yusif Yusibovun vəzifədə olan qardaşı barədə maraqlı faktlara, o cümlədən GDU-da fəaliyyət göstərən bir neçə dekanın vəzifəyə necə sahibləndiyinə aydınlıq gətirəcəyik.

Onu da bildirək ki, GDU-da təhsil alan Vahabi tələbələrlə bağlı şok məlumatlar var.Universitet rektorunun Gəncə şəhərində üsyan hazırladığı bildirilir. Belə ki, rektor Yusif Yusifov bilərəkdən universitetdə təhsil alan yüzlərlə VAHABİNİ kəsirə saxlayaraq saqqallarının qırxılmasını tələb edib. Rektorun bu hərəkətindən qəzəblənən tələbə VAHABİLƏR, Gəncə şəhərində aksiya keçirtməyə qərar veriblər.Haqları pozulmuş tələbə VAHABİLƏRƏ paytaxtda yaşayan din qardaşları tərəfindən dəstək veriləcəyi də bildirilir və deyilənə görə aksiya dekabr ayının ilk on günlüyünə qədər həyata keçriləcək”.

Geri qayıt