Əsas Səhifə > Gündəm, Manşet > Ziya Məmmədovun adamları “Hafka”nın qohumunu niyə işsiz qoyublar? – İşsiz qalan vətəndaş prezidentə müraciət etdi

Ziya Məmmədovun adamları “Hafka”nın qohumunu niyə işsiz qoyublar? – İşsiz qalan vətəndaş prezidentə müraciət etdi


25-11-2014, 08:59
Ziya Məmmədovun adamları “Hafka”nın qohumunu niyə işsiz qoyublar? – İşsiz qalan vətəndaş prezidentə müraciət etdi
DİA.AZ: - Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 25-də yaşayan Hüseynov Mahiyəddin Sabir oğlu prezident İlham Əliyevə və bir sıra vəzifəli şəxslərə şikayət ərizəsi ilə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan ərizənin mətnində deyilir:

“Cox hörmətli, cənab Prezident. Siz həmişə hər bir azərbaycanlının prezidenti olmağınızı vurğulayırsınız. Bu bizi çox sevindirir və ümid verir. Odur ki, kobudcasına pozulmuş hüqularımıza əhəmiyyət verən olmayanda ümid yeri kimi Sizə müraciət etmək məcburiyyətində qalırıq.

Mən, 2005-ci ildən Azbentonit MMC-də mühafizəçi vəzifəsində işləyirdim. İşlədiyim dövrdə heç bir əmək məcəlləsinin maddələrini pozmamışam. Lakin bu ilin aprelin 17-də nəzarət şöbəsinin rəis müavini, Qasımov Afiq iş vaxtı iş yerimə qəfil gəlib məni şərləməyə başladı, qışqırıb bağırdı. Sonra gedib avtomobilindən bıçaq götürüb mühafizə otağıma hücum edib məni öldürəcəyilə hədələdi. Mən kabinetin qapısını bağladım və aidiyyatı üzrə bütün orqanlara və rəsmi kitaba qeydlər etdim. Lakin A.Qasımovu bu hərəkətlərinə görə heç kim cəzalandırmadı.

Əksinə, iki aydan sonra məni işə buraxmadılar. Qeyd etdilər ki, müqavilə müddətin başa çatdığına görə işə buraxılmırsan. Məsələni Azbentonitin direktoru Yasin Xəlilova demək istədim. Vaqif Babayev ( o əvvəllər Avtovağzalda, sonra Dəmir Yolları İdarəsində rejim üzrə müavin və bu gün Grand Holdinqdə məsul vəzifədə işləyir) mənə qəbula girməyə imkan vermədi. Vaqif müəllim hörmətli nazirimiz Ziya müəllimin oğlu Anar müəllimin holdinqində əsas fiqur kimi işləyir. O mənə dedi ki, sən narahat olma, yaxşı işçisən, 10-15 gündən sonra səni başqa obyektə işə göndərəcəyəm. Ona bir ağsaqqal kimi hörmətim olduğuna görə vədinə inanıb evə getdim. Lakin hər dəfə Vaqif müəllimə iş barədə zəng etdikdə məni aldadaraq süründürürdü. Sonda o mənə konkret dedi ki, sən bu zavodda işləyə bilməyəcəksən. Çox fikirləşdim və məsələnin əsil motivini öyrənə bildim.

2005-ci ildə məni Azbentonit MMc-yə işə qəbul olunmağıma o vaxt burada baş mühəndis vəzifəsində işləyən və məşhur iş adamı Hafiz Məmmədovun ( “Hafka”ləqəbli) doğma dayısı oğlu Nazim İsmixanov xahiş etmişdi. N.İsmixanov mənim qohumumdur.

Budur, bu ilin əvvəlindən mətbuatın yazdığına görə Hafiz Məmmədovla Grand Holdinqin prezidenti cənab Anar Məmmədov arasında olan münasibətlərin soyuqlaşması nəticəsində Vaqif Babayev məni “Hafka”nın uzaq qohumu olduğuma görə öz müdirinə yarınmaq məqsədilə bir birinə bağlı bu sistemdən bəhanə ilə uzaqlaşdırmağı planlaşdırmış və həyata keçirmişdir. Halbuki, mənim kimi digər 54 işçinin də əmək müqaviləsi bitmiş və həmişə olduğu kimi yenidən artırılmışdır. V.Babayev isə vədlər verməklə məni 30 günlük məhkəməyə müraciət etmək hüququndan da məhrum etmişdir.

Mənim öhdəmdə iki azyaşlı uşaq var. Yoldaşım evdar qadındır. Artıq 6 aydır ki, işləmirəm. Dolanışıq vəziyyətim günü-gündən pisləşir, borclarım artır. Axı mən adi bir işçi olmuşam və heç vaxt Hafiz Məmmədovla birbaşa təmasda olmamışam. Onun heç mənim kimilərə ehtiyacı da olmayıb. Bəs nəyə görə hörmətli Hafiz müəllimə görə mən cəzalanmalıyam, ailə-uşaq ac qalmalıdır.?! Kimin kimlə prinsipi var getsin təkbə-tək kişi kimi həll etsin. Yoxsa ki, Vaqif müəllim kimilərin özünü yaxşı salması üçün məni aldadıb işdən qovdurmağın nə adı var.? Bu nə insanlığa, nə də müsəlmançılığa yaraşan hal deyil. Ona görə də Cənab Prezident Sizə müraciət edərək məni öz işimə qaytarılmağıma köməklik göstərməyinizi xahiş edir və əvvəldən təşəkkürümü bildirirəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt