Əsas Səhifə > Gündəm, Manşet > İki obyektin sahibi işlətdiyi fəhlə və ustaların haqqını mənimsəyir

İki obyektin sahibi işlətdiyi fəhlə və ustaların haqqını mənimsəyir


19-11-2014, 11:28
İki obyektin sahibi işlətdiyi fəhlə və ustaların haqqını mənimsəyir
DİA.AZ: - İşçi haqqları ilə bağlı sərt cəzaların tətbiq olunmasına rəğmən hələ də bəzi sahibkarlar əmək qanunvericiliyinin tələblərini pozmaqda davam edirlər. Bu növ qanunsuzluqlar, hüquq pozuntuları barədə məlumatlar redaksiyamıza da daxil olmaqdadır.

Paytaxtın Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Mohita Club” və onunla eyni profillə işləyən 6-cı mikrorayonda yerləşən “Paradiz Club” adlı obyektlərin hər ikisinin bir sahibkara məxsus olduğunu ondan şikayətlənən inşaatçılar bildirdilər. Adları çəkilən obyektlərdə təmir (suvaq, santexnika xidməti və.c) işləri aparan briqadanın üzvləri sahibkarların onların pulunu artıq dörd aydır ki, vermədiyini deyirlər.

Haqqlari kəsilən fəhlə və ustaların sözlərinə görə, onlar işə başladıqları vaxt istəsələr də sahibkar Füzuli Fərəcov əmək müqaviləsi bağlamaqdan yayınıb.Apardığımız araşdırmalara, müşahidələrə, redaksiyaya təqdim olunan foto materiallara əsasən sözügedən obyektlər artıq xeyli vaxtdır fəaliyyət göstərir və onların nəzdində karaoke, avtoyuma, ev-alqı-satqısı və.c xidmətlər təşkil olunub.

Bu isə o deməkdir ki. F.Fərəcovun borcu ödəmək üçün pulu var. Amma vermək istəmir. Redaksiyaya daxil olan məlumatda həmçinin göstərilir ki, klublarda yanğından mühafizə qaydalarının tələblərinə də riayət olunmur. Yanğınsöndürücü texnika ilə təhcizat yoxdur. Burada daha bir neçə növ neqativ halların cərayan etdiyi barədə məlumatlar almışıq ki, dəqiqləşdirilmə mərhələsindədir. Təfərrüatları irəliləyən vaxtlarda təqdim edəcəyik. \\ bizimdovr.az \\

Qarşı tərəfi də dinləməyə hazırıq...

İki obyektin sahibi işlətdiyi fəhlə və ustaların haqqını mənimsəyir
Geri qayıt