Əsas Səhifə > Gündəm, Manşet > Şəhid ailəsi Səlim Müslümovun işçisindən prezidentə şikayət etdi

Şəhid ailəsi Səlim Müslümovun işçisindən prezidentə şikayət etdi


11-11-2014, 08:55
Şəhid ailəsi Səlim Müslümovun işçisindən prezidentə şikayət etdi
DİA.AZ: - Ağcabədi şəhəri,Əli Talıbov küçəsi ev 77 sakini Şəhid ailəsi Talıbova Xanım Muxtar qızı redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. Səlim Müslümovun işçisindən narazılıq edən şəhid ailəsi DİA.AZ-a yazır:

“Mən Şəhid ailəsiyəm, həyat yoldaşım Əli Talıbov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Yaşadığımız küçə hazırda Onun adını daşıyır. Buna görə dövlətimizə minnətdaram ki, Şəhidin adını əbədiləşdiriblər. Ancaq çox təssüflər olsun ki, vəzifəyə təsadüfi gəlmiş, öz vəzifə səlahiyyətləri və haramlıqla topladığı kapitalı hesabına, DSMF-nin Laçın rayon şöbəsinin müdiri Ramiz Mehdiyev tutduğu mövqedən və şəxsi əlaqələrindən istifadə edərək, Şəhidin adını daşıyan küçədə, həmin şəhidin ailəsinə məxsus, yoldaşımın Şəhid olmazdan qabaq özünün bünövrəsini qoyduğu, həmçinin 29.10.1991-ci il tarixli Ağcabədi şəhər XDS icraiyyə komitəsinin sərancamı ilə Ağcabədi rayon Kooperativ Cəmiyyətinin balansında olan, yəni Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “AZƏRİTTİFAQ”-a məxsus olan və eyni zamanda bu günə qədər faktiki mənim istifadəmdə olmuş, bizim üçün daha çox mənəvi dəyəri olan mağazanın tikintisi üçün ayrılmış və həmin mağazanın altında yerləşən torpaq sahəsinə pul gücünə 07.08.2012-ci il tarixdə saxta kadastr planı (Torpaq sahəsinin plan və ölçüsü) sənəd alıb.

Qeyd etmək istəyirəm ki, mənim çoxsaylı müraciətlərim əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən araşdırma aparılaraq tam subut edib ki, həmin torpaq sahəsi heç zaman Ramiz Mehdiyevin qanuni istifadəsində və ya mülkiyyətində olmadığı halda həmin sənəd onun adına səhv olaraq hazırlanaraq verilib və həmin saxta “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi üçün Komitə tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia da qaldırıb.

Mən bir Şəhid ailəsi kimi Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya mətbuat vasitəsi ilə müraciət edərək, Şəhid ailəsinin üzləşdiyi qanunsuzluğun, özbaşnalığın aradan qaldırılmasına və DSMF-nun Laçın rayon şöbəsinin müdiri və onun pul gücünə tutduğu şəxslər barəsində qanunu tədbir görülməsinə, DSMF-nin Laçın rayon şöbəsində obyektiv və əsaslı yoxlamalar aparılmasını, həmçinin mənə yardım etmələrini acızanə şəkildə xahiş edirəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt