Əsas Səhifə > Gündəm, Manşet > Astarada dövlətin pulu şəxsi hesablara niyə köçürülür?

Astarada dövlətin pulu şəxsi hesablara niyə köçürülür?


7-11-2014, 10:11
Astarada dövlətin pulu şəxsi hesablara niyə köçürülür?
DİA.AZ: - Astara rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayevin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi olan, Şahverən Cavadov rayonun büdcə vəsaitindən (sözsüz ki, rayon maliyyə şöbəsi müdiri Cavid Abbasovun dəstəyi ilə ) biznesmen tanışı (fiziki şəxs ) Ceyhun Eldar oğlu Mirzəyevin şəxsi bank hesabına 50.515 (əlli min beş yüz on beş min) manat pul köçürüb.

Məlumat verən mənbə mövcud maliyyə əməliyyatlarına dair sənədlərin surətini əməkdaşımıza tanışlıq üçün təqdim etsə də, pulun hansı məqsədlər üçün köçürüldüyü hələlik məlum deyil.

Qeyd olunanlarla bağlı, aidiyati üzrə mövqe öyrənmək mümkün olmadığından, yəqin ki, cavabdehlər gedən məlumatla bağlı nə vaxtsa rəsmi açqalma verərlər.

Geri qayıt