Əsas Səhifə > Gündəm, Manşet > Tibb elmləri üzrə fəlsəfə doktoru on bir aydır əmək haqqı ala bilmir
Tibb elmləri üzrə fəlsəfə doktoru on bir aydır əmək haqqı ala bilmir1-11-2014, 12:49 |
DİA.AZ: - Saatlı Rayon Mərkəzi Xəstəxanasının həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru, bir vaxtlar respubliamızın adlı-sanlı cərrahlarından biri olmuş Ağadədə Əliyev hazırda çox çətin vəziyyətdə düşüb. O, on bir aydır ki, əmək haqqnı ala bilmir. Ailə vəziyyətinin ağırlığından və dolanışığının ağır olduğundan gileylənən həkim deyir ki, əmək haqqı alanda bir o qədər də çətinlik çəkmirdi. İndi isə həyat şəraiti, dolanışığı getdikcə ağırlaşır. Halbu ki, dövlətimizin başçısı cənab İlham Əliyev insanların həyat səviyyəsinin getdikcə yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir və bu istiqamətdə zəruri qanunvericilik aktları qəbul olunur. Bəs Ağadədə Əliyev niyə 11 aydır ki, əmək haqqı ala bilmir? DİA.AZ xəbər verir ki, Saatlı rayonunun sabiq hərbi komissarı, sabiq müdafiə naziri Səfər Əbiyevə yaxınlığı ilə tanınan İlqar Atayev rayonda işlədiyi müddətdə sağlam gənclərin əksəriyyətini “neqodnı” çıxararaq pul toplamaqla məşğul idi. Hətta, bu barədə müxtəlif kütləvi informasiya vasitələrində dərc olunan həyəcan siqnalı da təsirsiz qalırdı. Bu barədə Müdafiə Nazirliyinə göndərilən ərizə və şikayətlər də baxan yox idi. Çünki nazirlikdə də bilirdilər ki, İlqar Atayev Səfər Əbiyevin yerlisidir və ən yaxın adamlarından biridir. Ona görə də sabiq hərbi komissar maddi maraqlarının təmin olunması naminə bir ucdan sağlam gəncləri “neqodnı” edir, müharibə şəraitində olan bir ölkədə gənclərin hərbi xidmətə getmələrinə bilərəkdən süni əngəllər törədirdi. Bu işlərdə onun ən yaxın “silahdaşlarından” biri də Saatlı Rayon Hərbi həkim komissiyasının sabiq sədri Rafiq Nərimanov idi. Nəhayət, İlqar Atayevin də qanunsuz əməllərinə son qoyan tapıldı və Saatlı Rayon Hərbi Komissarlığında aparılan yoxlamalardan sonra sabiq hərbi komissar, onun müavini və hərbi həkim komissiyasının üzvləri haqqında cinayət işi qaldırıldı. 84 yaşlı Ağadədə Əliyev də hərbi həkim komisssiyasının üzvlərindən biri olub. Ancaq Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan istintaq müddətində bir nəfər də olsun valideyn və hərbi xidmətə yarasız hesab edilmiş çağrışçı deməyib ki, həkim A.Əliyev onlardan nə qədərsə pul tələb edib və ya onlardan pul alıb. Ümumiyyətlə, həkim A.Əliyevin hər hansı bir çağrışçını hərbi xidmətə yararsız hesab etmək səlahiyyəti olmayıb. Yalnız Saatlı Rayon Hərbi Həkim Komissiyasının sədri Rafiq Nərimanov müstətinqə verdiyi izahatında bildirib ki, o, hərbi xidmətə yararsız hesab edilmiş çağrışçıların valideynlərindən aldığı puldan 150 manat da A. Əliyevə verib. R. Nərimanov məhkəmə istintaqı zamanı verdiyi ifadədə və A. Əliyevin ona verdiyi suallara cavab verərkən deyib ki, o, heç bir vaxt həkim Ağadədə Əliyevə pul verməyib. İlkin ifadəsində yazdığını məhkəmədə inkar edən R.Nərimanov deyib ki, müstəntiq onu aldadaraq bu cümləni ona yazdırıb. Müstəntiq ona deyib ki, onsuz da Ağadədə həkimin 84 yaşı var, himayəsində iki əlil və bir pensiyaçı var. Onu həbs etməyəcəklər. Ancaq sən yaz ki, mən ona 150 manat rüşvət vermişəm. Qoy həkimlərin hamısı istintaqa cəlb olunsun. Bununla da 84 yaşlı tibb elmləri üzrə fəlsəfə doktoru istintaqa cəlb olunur. Füzuli Hərbi Məhkəməsinin hakimi Kamil Bəşirovun sədrliyi ilə keçirilən məhkəmə prosesində də ifadə verən şahidlər, hətta Saatlı Rayon Hərbi Həkim Komissiyasının sədri Rafiq Nərimanov da həkim Ağadədə Əliyevə heç vaxt pul vermədiklərini bildiriblər. Hakim də dəfələrlə bildib ki, sənun bu işdə günahın yoxdur. Səni cinayətə mən yox, müstəntiq cəlb edib. Bəs görəsən məhkəmə istintaqı nə üçündür? Məgər məhkəmə istintaqı zamanı kimlərin təqsirkar və ya təqsirsiz olması sübut olunmurmu? Bütün bunlar arxada qaldı. İki ilə yaxın davam edən məhkəmə prosesi nəhayət ki, başa çatdı. Çox təəccüblüdür ki, valideynlərdən pul alaraq onların sağlam uşaqlarının hərbi xidmətə yararsız hesab edilməsi barədə qərar qəbul etməsini etiraf edən Saatlı Rayon Hərbi Həkim Komissiyasının sədri Rafiq Nərimanovla heç kimdən pul almadığı sübut olunan həkim Ağadədə Əliyevə demək olar ki, eyni cəza veirldi. Hər ikisi müəyyən müddətə şərti cəza aldılar.Axı, R.Nərimanov həm müstəntiqə, həm də məhkəmədə verdiyi ifadələrdə bildirib ki, o, valideynlərdən pul alıb və sağlam şağrışçıların “neqoden” olmasına bilərəkdən şərait yaradıb. Valideynlərdə üzləşmə zamanı ona pul verdiklərini təsdiqləyiblər. Həkim Ağadədə Əliyevin isə üzünə düran bir nəfər də olsun şahid yoxdur. Bütün bunlara baxmayaraq A.Əliyev yenə də etiraz etmir. Ancaq onu maraqlandıran odur ki, niyə 11 aydır ki, əmək haqqı ala bilmir. Əgər hər hansı bir səhvə yol veribsə, məhkəmə onu cəzalandırıb və şərti cəza verib. Bəs əmək haqqının buna nə aidiyyəti var?. Himayəsində iki əlil (biri anadangəlmə I qrup, digəri isə II qrup) və 82 yaşlı pensiyaçı həyat yoldaşı olan tibb elmləri üzrə fəlsəfə doktoru Ağadədə Əliyev 11 aydır ki, halal əmək haqqını ala bilmir. Hər dəfə də ona müxtəlif bəhanələr gətirirlər. Ancaq əmək haqqının verilməməsinin əsl səbəbini isə biilən və deyən yoxdur. Elxan, Saatlı Geri qayıt |