Əsas Səhifə > Gündəm, Manşet > Təhlükəli durum: Bu gün Azərbaycanda minlərlə ailə bu problemi yaşayır
Təhlükəli durum: Bu gün Azərbaycanda minlərlə ailə bu problemi yaşayır27-10-2014, 09:46 |
DİA.AZ: - Qusar rayon Urva kəndində yaşayan Adığözəlova Səriyyə Qurban qızı prezident İlham Əliyevə və bir sıra dövlət yetkililərinə şikayət ərizəsi ilə müraciət edib. DİA.AZ olaraq həmin müraciəti diqqətinizə çatdırırıq: “Hörmətli Prezident, cənab Ali Baş Komandan ! Sizə müraciət edərək bildirmək istəyirəm ki, müraciətimə hələdə tam baxılmayaraq qalmaqdadır, mənim qızım Adığözəlova Sofiya Zeybulla qızı Qusar rayon Yeni həyat kəndində yaşayan Balabəyov Elxan Cavid oğlu ilə ailə həyatı qurmuşdur, onların birgə nigahından 2003-cü ildə Günay və 2005-ci ildə Xəyalə adlı qızları birgə yaşadıqları dövrdə olmuşdur. 2006-cı ildə ailə münasibətləri pozulmuşdur və hər iki uşaq məhkəmənin qərarı ilə anasını himayəsində qalmışdır. 2007-ci ildə məhkəmənin qərarı ilə aliment kəsilmiş, hər iki uşağın saxlanması üçün 40 manat anaya verilməsi bildirilmişdir, 2012-ci ilin sentyabr ayınadək aliment ödənilmişdir, ancaq 2012-ci ilin sentyabr ayından etibarən aliment ödənilməmişdir, 2013-cü ilin sentyabr ayında biz yenidən məhkəməyə müraciət etdik və alimentin 140 manat olmasını xahiş etdik, lakin məhkəmə qərar çıxardı ki, aliment hər iki uşaq üçün yetginlik yaşına çatanadək 100 manat məbləğində aliment tutularaq qızıma verilsin. 24. 07. 2014-cü ildə müraciətimə müsbət cavab verilərək qeyd etmək istətirəm ki, 2012-ci ilin sentyabr ayından 2013-cü ilin sentyabr ayınadək ödənilməyən aliment 480 (dörd yüz səksən) manat və 2013-cü ilin sentyabr ayından bu günə qədər ödənilməyən aliment 1000 (bir min) manat məbləğində hər iki uşağın saxlanılması üçün veriləcək cəmi 1480 ( bir min dörd yüz səksən) manat həcmində pul məbləği Balabəyov Elxan Cavid oğlu tərəfindən ödənilməmişdir. Lakin 31.07.2014-cü il tarixdə müraciət etdikdən sonra mənə poçt vasitəsi ilə 1120 (bir min yüz iyirmi) manat ödənildi lakin qalan məbləğ 360 (üç yüz altmış) manat və digər geçikdirilən məbləğ hələ də ödənilməyərək qalmaqdadır. Eyni zamanda qeyd etmək istəyirəm ki, 26.08.2014-cü il tarixdə 04/8495 nömrəli Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi Cənab Xanlar Zeynalovun cavab məktubunda qeyd edilmişdir ki, Balabəyov Elxan Cavid oğlu alimenti tam şəkildə qaytarmışdır, lakin bu yazılan hal kimi deyil, biz Qusar rayon icra məmurlarına əvvələr dəfələrlə müraciət etmişik lakin baxan olmayıb, indi də qeyd edirlər guya alimentin hamısın tam şəkildə ödənilib, bu da həqiqət deyil belə ki, 360 manat əvvəl borcu qalıb və digər beş ay ərzində də heç bir ödəniş etməmişdir, hətta kənd icra nümayəndəsi yalandan ərizə verib ki, guya Balabəyov Elxan Cavid oğlu Rusiya vətəndaşıdır, lakin bu belə deyil Balabəyov Elxan Cavid oğlu Qusar rayonunda qeydiyyatdadır, eyni zamanda cənab Xanlar müəllim bəzi aidiyyatı orqanlar Sizə yalnış məlumat verirlər. Xahiş edirəm bu barədə yenidən tədbir görəsiniz. Beləliklə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin Maddə 108. Alimenti vaxtında ödəməməyə görə məsuliyyət və Maddə 111. Aliment ödəməli olan şəxs xarici ölkəyə daimi yaşamaq üçün getdikdə aliment tutulması qaydası haqqında qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Hal hazırda aliment ödənilmədiyi üçün hər iki uşağa qanuna müvaviq olaraq məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödənilməlidir. Yuxarıda qeyd etdiklərimi və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müddüaların nəzərə alaraq Sizdən bir ana kimi çox məcbur qalıb X A H İ Ş E D İ R Ə M Qusar rayon Yeni həyat kənd sakini Balabəyov Elxan Cavid oğlundan qızıma ödənilməyən 660 (altı yüz altmış) manat həcmində pul məbləği tam həcmdə ödənilməsinə, gələcək aylarda veriləcək məbləğin gecikdirməməsinə ciddi göstəriş verəsiniz və Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödənilməsi qaydası tətbiq edilməsi məqsədi ilə bizə köməkdarlıq edəsiniz. Əlavə olaraq qeyd etmək istəyirəm ki, hər iki uşağa verilən aliment məbləği cəmi 100 manatdır, bu məbləğlə uşaqların saxlanılması mümkün deyil, bir düşünün 100 manat pulla necə iki uşaq saxlamaq olar, Xahiş edirəm ki, hər iki uşaqların saxlanılması üçün verilən aliment məbləğini 300 (üç yüz) manat həçmində qaldırılmasına köməkdarlıq edəsiniz”. Geri qayıt |