Əsas Səhifə > Gündəm, Manşet > Mikayıl Cabbarov Elmar Vəliyevi necə sıradan çıxarmaq istəyir?

Mikayıl Cabbarov Elmar Vəliyevi necə sıradan çıxarmaq istəyir?


17-10-2014, 09:48
Mikayıl Cabbarov Elmar Vəliyevi necə sıradan çıxarmaq istəyir?
DİA.AZ: - Dünən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin adı bir qalmaqallı olayda hallandırıldı. Əslində belə bir hadisənin baş vermədiyi ilk başdan da hiss olunan idi. Amma nədənsə bəzi KİV-lər xəbəri qısa müddət içində ictimailəşdirdilər.

Xatırladaq ki, Gəncər ŞİH başçısı Elmar Vəliyevin guya Yevlaxda sahibkarlarla əlbəyaxa davaya çıxdığı iddia olunurdu. Lakin sonradan bu barədə şəxsən mətbuata açıqlama verən Yevlax RİH rəhbəri Qoca Səmədov insidentin əslində Elmar Vəliyevlə bağlı yox, Onun müavini ilə əlaqədar olduğunu etiraf etdi.

Nə baş verir? Kim haqlıdır və əslində həqiqət necə olub?

Onu da bildirək ki, həqiqətin necə olmasından asılı olmayaraq, artıq məqsədli qüvvələr var ki, olayı ciddi şəkildə şişirtməklə məşğuldurlar. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələrdən informasiya verilib.

Xəbəri verən qaynaq iddia edir ki, neçə müddətdir Gəncənin icra başçısı ilə konfliktdə olan təhsil naziri Mikayıl Cabbarov bu gün ələ düşən fürsəti qaçırmaq istəmir.

Gəncədəki qaynaqlardan dia-az.life-a ötürülən informasiyaya görə, Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Qərb bölgəsi üzrə koordinatoru Ceyhun Mirzəyev son olayla bağlı TN rəhbərliyindən xüsusi tapşırıq alıb.

Mənbənin söylədikləri: «Prezidentin Gəncəyə səfəri ərəfəsində Elmar Vəliyevin reputasiyasına elə bir zərbə vurulmalıdır ki, o, bir daha ayağa qalxa bilməsin. Elə buna görə də xüsusi təlimatlandırılmış Ceyhun Mirzəyev dünən günorta saatlarından etibarən Elmar Vəliyevin Yevlaxda bıçaqlandığı haqda şaiyələr yaydırır və hətta bəzi xəbər saytlarını da qaynaq kimi göstərir. Qısa müddət içində Gəncədə böyük rezonans yaranıb».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt