Əsas Səhifə > Gündəm, Manşet > Haqqı tapdanan daha bir Qarabağ əlili özünü yandıracağını bəyan etdi
Haqqı tapdanan daha bir Qarabağ əlili özünü yandıracağını bəyan etdi16-10-2014, 09:01 |
DİA.AZ: - 2- ci qrup Qarabağ Müharibəsi əlili Həşimov Eldəniz Yaşar oğlu redaksiyamıza şikayət məktubu ilə müraciət edib. DİA.AZ olaraq narazı vətəndaşın giley-güzarını diqqətinizə çatdırırıq: “Vətənini, torpağını, xalqını sevən hər bir Azərbaycan vətəndaşından , vicdanlı insanlardan mənə yaxından kömək etmələrini xahiş edirəm. Mən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub əlil olmuşam. Buna görə fəxr edirəm, qürur duyuram. Vətənimə, elimə-obama canım qurban. Ancaq bəzi vətənin torpaqlarının azadlığını yox, başqasının qanuni torpağını satıb mənimsəməyi düşünən saxtakar vəzifəli şəxslər var ki, 1 ildir mənə zülüm verirlər. Belə ki, Bakı şəhəri Binəqədi bələdiyyəsindən 20 sentyabr 2007-ci il tarixində 561 saylı qərar ilə 600 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi aldım. Həmin torpaq sahəmin təxminən 50 metrliyində möhtəşəm villalar var ki, onların 3 metrliyindən yüksək gərginlikli elektrik xətti keçirdi. Həmin villaların sahbləri külli miqdarda pul verib elektrik xəttinin yerini dəyişdirtdirərək 50 metr qarşı tərəfə mənim torpaq sahəmin üzərinə yerləşdirmişdilər. Sizə təqdim etdiyim fotolarda tam aydın görünür yüksək gərginlikli elektirik xəttinin əvvəlki yeri, yerdəyişmə vaxtı (yerə aşırdılmış böyük elektirik dirəyi) mənə məxsus torpağın üzərindədir Bütün bu proseslərin fotosunu çəkmişik. Bunu əsas gətirən Binəqədi bələdiyyəsi mənə verilmiş torpaq sahəsinin qanunsuz olduğunu bildirir. Buna görə də mən torpağıma reyestr çıxarışı ala bilmirəm, üzərində tikinti apara bilmirəm. Nə də ki, mənə bunun əvəzində başqa yaxın ərazidən torpaq sahəsi verilmir. Düz bir ildir ki, süründürməçiliyə məruz qalmışam. Qəbullara getmişəm, ancaq tədbir görülməyib. Deməli kimin pulu-imkanı varsa, başqasının haqqına girib, istədiyini edə bilər? Artıq cana doyub-bezmişəm .Belə olur ki, Qarabağ Müharibəsi əlilləri intihara əl atırlar. Saxtakar, rüşvətxor məmurlar qanunsuz, özbaşına əməlləri ilə insanları özünü öldürmə həddinə çatdırırlar. Mən bu rüşvətxor, saxtakar vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, cənab Ramiz Mehdiyevə, Baş Prokuror cənab Zakir Qaralova, Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova, bələdiyyələrlə iş şöbəsinin rəisi cənab Mehdi Səlimzadəyə, Ombudsman xanım Elmira Süleymanovaya, Binəqədi rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərova, Binəqədi rayon Prokuroruna və sairə aidiyyatı orqanlara ərizə ilə müraciət göndərib mənə kömək etmələrini xahiş etmişəm. Əgər mənim qanuni torpağım özümə qaytarılmasa və yaxud eyni ölçüdə mənə başqa ərazidən torpaq sahəsi verilməzsə, mən özümü yandırıb intihar edəcəyəm. Qaradan artıq rəng olmaz. Məni mənfur erməni gülləsi öldürmədi, ancaq bu korrupsioner vəzifəli şəxslərin qanunsuz əməlləri öldürəcək. Kaş, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olaydım və belə haqsızlığı görməyəydim. Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova müraciət edib mənə qanuni torpaq sahəmin özümə qaytarılmasında və yaxud da başqa ərazidən həmin ölçüdə torpaq sahəsinin verilməsinə kömək etmələrini Onlardan çox-çox xahiş edirəm”. Geri qayıt |