Əsas Səhifə > Gündəm, Manşet > Kərəm Həsənovun işçilərinin özbaşınalığına etiraz olaraq aclıq aksiyası qərarı verildi

Kərəm Həsənovun işçilərinin özbaşınalığına etiraz olaraq aclıq aksiyası qərarı verildi


14-10-2014, 10:23
Kərəm Həsənovun işçilərinin özbaşınalığına etiraz olaraq aclıq aksiyası qərarı verildi
DİA.AZ: - Redaksiyamıza Ucar sakinləri adından yeni müraciət daxilolub. DİA.AZ olaraq Əmlak Məsələləri üzrəDövlət Komitəsinin bəzi yetkililərinin ünvanına ağır ittihamların yer aldığı həmin müraciəti bir sıra ixtisarlarla diqqətinizə təqdim edirik:

“Bizə məxsus qanunu torpaq sahələrimizi vəzifəli şəxs saxtakarlıq yolu ilə qanunsuz olaraq başqa şəxsə satıb, həmin adamın adına rəsmiləşdirib. Bu saxtakarlığı küllü miqdarda rüşvət hesabına edən İsmayıl Rəhimov hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işləyir. İsmayıl Rəhimov Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işləyən zaman 2011-ci il tarixdə Ucar rayonunun Azərbaycan küçəsi ərazisində yerləşən bizim hər birimizə ayrı-ayrılıqda məxsus olan qanuni torpaq sahələrimizi başqa şəxsə satıb , həmin adamın adına saxtakarlıqla sənədləşdirmişdir.

Hansı ki həmin torpaq sahələrini biz qanunu qaydada almışıq. Həmin torpaq sahəmizə hətta 2010-cu il tarixdə Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən çıxarışda verilib ki , həmin vaxt oranın rəisi İsmayıl Rəhimov idi. Necə olur ki , 2010-cu il tarixdə həmin torağa görə bizə reyestr çıxarışı verilir və 2011-ci il tarixdə həmin torpağa görə başqa şəxsə də reyestr çıxarış verilir. Bütün bunlar İsmayıl Rəhimovun Reyestr Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işlədiyi zaman baş vermişdir.

Qeyd edək ki, İsmayıl Rəhimov 2013-cü il tarixdə Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən 13 saylı Ərazi İdarəsinə rəis vəzifəsinə təyin edilmişdir.13 sayıı Ərazi İdarəsi Şirvan şəhərini, Salyan ,Neftçala ,Hacqabul ,Sabirabad və Saatlı rayonlarını əhatə edir. Hazırda da İsmayıl Rəhimov həmin rayonlarda quldur, saxtakar hərəkətlərini davam etdirir ki, bundan da yerli əhali çox əziyyət çəkir.

İsmayıl Rəhimovun bizə qarşı etdiyi bu saxtakarlıq cinayət əməlidir ki, buna görə o, qanuni qaydada cinayət məsuliyyətinə cəlb edilməlidir. Onun bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 309, 311, 313 və 314 - cü maddələrinin tərkibini yaradır. Biz İsmayıl Rəhimovun bu cinayət əməli barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə, Əmlak Komitəsinin cənab sədri Kərəm Həsənova və digər Orqanlara şikayət ərizələri ilə müraciətlər etmişik.

Bu fakt tam korrupsiya cinayətidir. İnanırıq ki, şikayətimizi obyektiv araşdırıb qanuni tədbirlər görəcəklər. İsmayıl Rəhimovun bu cinayət əməlinə etiraz olaraq biz 01 noyabr 2014-cü il tarixdən aclıq aksiyasına başlayacağıq. Xahiş edirik bizə kömək edin.

İmza; Ucar rayon sakinləri

1) Kərimova Nigarxanım Oktay qızı Ucar rayonu 416-cı Taqanrok küçəsi ev 4 sakini, əlaqə telefonu; (055) 821-58-08

2) Əliyeva Kütah Məhəmmədəli qızı Ucar rayonu Gəraybəyli kəndi sakini

3) Hüseynova Süsanə Yusif qızı Ucar rayonu N.Nərimanov küçəsi ev 19 sakini”

Bütün maraqlı tərəfləri ittihamlarla bağlı dinləməyə hazırıq...


Kərəm Həsənovun işçilərinin özbaşınalığına etiraz olaraq aclıq aksiyası qərarı verildi
Geri qayıt