Əsas Səhifə > Gündəm, Manşet > İrandan rəsmi Bakıya həbsxanadakı dindarlarla bağlı hədə gəldi – “Bu iradə qırılan deyil”

İrandan rəsmi Bakıya həbsxanadakı dindarlarla bağlı hədə gəldi – “Bu iradə qırılan deyil”


13-10-2014, 10:18
İrandan rəsmi Bakıya həbsxanadakı dindarlarla bağlı hədə gəldi – “Bu iradə qırılan deyil”
DİA.AZ: - Deyəsən, İran adlanan ərazidəki fars-molla rejimi rəsmi Bakıya qarşı nümayiş etdirdiyi səssizliyi pozmaq qərarını verib. DİA.AZ bildirir ki, artıq İranın ayrı-ayrı xəbər portallarında yenə də Azərbaycan əleyhinə müxtəlif səpgili materiallar yer almaqdadır.

Bununla yanaşı, fars-molla rejiminin ənənəvi olaraq Azərbaycana qarşı istifadə etdiyi fiqurlar da yenidən ortaya atılaraq rəsmi Bakıya qarşı fikirlərini bildirirlər.

Bu əsnada xüsusi olaraq diqqət çəkənlərdən biri İranın xüsusi xidmət orqanlarının əsas danışan dillərindən biri kimi diqqətə gələn Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilidir. O da öz növbəsində sükutu pozaraq hətta Azərbaycanın müstəqil olan hissəsinin dövlət rəhbərliyini hədələməyindən belə qalmayıb.

DİA.AZ olaraq “AranNews” portalında yer alan həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

“Qaynağımızın verdiyi məlumata görə Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrində Azərbaycan dövlətinə müraciətlə tələb edib ki, hicab məhbuslarına təzyiqləri dayandırsın, onların vətəndaşlıq hüquqlarına riayət edilsin. O, artırıb: "Bir hökumətin böyük məharəti budur ki, hökumətin müxalifini müvafiq edə bilsin".

İmam cümə həmçinin deyib: "Hicab müdafiəsi yolunda həbsə düşənlər polad iradəyə malik insanlardır, onlar Azərbaycanın dindar xalqının iradəsini nümayiş etdirirlər. Bu iradə qırılan deyil".

Ayətullah Seyid Həsən Amili imam Rzadan (ə) bir hədis xatırladıb: “Həzrət Zəhra övladlarına diqqət ibadətdir.” Ərdəbilin imam cüməsi xalqı Qədir-Xum bayramı günündə Mirza Əli Əkbər məscidində toplanmaqla Əli övladlarını Əmir əl-mömininin imaməti münasibəti ilə təbrik etməyə çağırdı.

İmam cümə namazın birinci xütbəsində Qədir-Xum və Əmir əl-mömininin (ə) imaməti haqqında məlumat verdi”.

Geri qayıt