Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycanın oliqax-məmurlarının bank hesabları təhlükə altındadırmı?
Azərbaycanın oliqax-məmurlarının bank hesabları təhlükə altındadırmı?10-10-2014, 10:02 |
DİA.AZ: - «Rusiya ilə Azərbaycanın münasibətlərində yaranmış istiləşməyə Qərbin verdiyi reaksiyanın şiddəti sanksiyalara gətirib çıxarmayacaq». Bu açıqlamanı DİA.AZ-a söyləyən hökumətdəki mötəbər mənbə son zamanlar ayrı-ayrı beynəlxalq təşkilatların Avropaya və ABŞ-a müraciət edərək Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsiylə bağlı təkliflərinin artmasına münasibətdə bildirib. Mənbə iddia edir ki, Qərb hazırki şəraitdə Azərbaycanı da özündən təcrid edə bilməz: «Diqqət yetirin, onsuz da Qərbin Rusiyadan savayı Belorusla da münasibətləri gərgindir. Ukraynada durum acınacaqlıdır. Bu arada Azərbaycanı itirməsi Qərbə baha başa otura bilər. Hətta Avropanın Ukraynadakı siyasətini belə təhlükə altına atar. Ən azından ona görə ki, Azərbaycan bu gün Qərbin yanında dayanan Gürcüstan və Moldova üçün, habelə Ukraynanın özü üçün əlavə nəfəslikdir. Bundan əlavə, Azərbaycan Avropanın Orta Asiyaya çıxışıdır. Belə bir şəraitdə Qərb heç bir halda rəsmi Bakı ilə münasibətlərini daha da kəskin atmosferin bərqərar olduğu müstəviyə daşımaz. Bu şiddət Obamanın Azərbaycanla bağlı açıqlamalarının şiddəti ilə məhdudlaşıb. Bundan o yanası yoxdur». Mənbəmiz dia-az.life-a açıqlamasında onu da əlavə edib ki, Azərbaycan məmurlarının bank hesablarına qadağalarının qoyulacağı və hətta bu yöndə artıq hərəkətə keçildiyi haqda deyilənlər də doğru deyil: «Təsəvvür edin, Qərb belə bir addımı atır. Nə baş verəcək? Azərbaycan birdəfəlik olaraq itiriləcək. Və artıq Rusiyanın yanında dayanmaq zorunda qalan Azərbaycan Kremlin regiondakı siyasətində daha da inamlı ola bilməsi üçün əlavə güc verəcək. Bunu isə Avropadakılar və okeanın o tayında oturanlar heç də arzulamırlar». Geri qayıt |