Əsas Səhifə > Gündəm, Manşet > Gəncə şəhər icra hakimiyyətinin başçısı postuna yeni təyinat gözlənilir
Gəncə şəhər icra hakimiyyətinin başçısı postuna yeni təyinat gözlənilir27-09-2014, 11:31 |
DİA.AZ: - «Gələn həftə Gəncə şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləcək». Bu ilginc məlumatı DİA.AZ-a çatdıran məlumatlı mənbə artıq Gəncə ŞİH rəhbərliyi ilə bağlı qəti qərarın verildiyini iddia edir. Xatırladaq ki, keçən günlərdə Gəncənin icra başçısı Elmar Vəliyevin mövqelərinin kifayət qədər zəiflədiyini bildirmişdik. İndi isə dia-az.site-a daxil olan informasiyada artıq qəti qərarın verildiyi qeyd olunur. Bildirək ki, Vəliyev Elmar Rüstəm oğlu 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979-1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997-2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983-1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989-1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994-2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001-2004-cü illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var, üç nəvəsi vardır. Geri qayıt |