Əsas Səhifə > Gündəm, Manşet > "Gəncə-bazar" ASC-nin hüquqları pozulmuş səhmdarları prezidentdən kömək istədilər
"Gəncə-bazar" ASC-nin hüquqları pozulmuş səhmdarları prezidentdən kömək istədilər22-09-2014, 09:12 |
DİA.AZ: - Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 94 ünvanında yaşayan Məmmədov Oqtay Qulam oğlu və Gəncə şəhəri, Şəhriyar küçəsi, 66 ünvanında yaşayan Xasıyev Hüseyn Qaffar oğlu tərəfindən president İlham Əliyevəşikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir: “Çox hörmətli cənab Prezident! 2000-ci il noyabrın 07-20-də keçirilmiş 43-cü çek hərracında iştirak etmiş və "Gəncə-bazar" ASC-nin hərraca çıxarılmış səhmlərindən hər birimiz müvafiq olaraq 480 və 1200 səhmə mülkiyyət hüququ əldə etmişik. Lakin, elə həmin ilin noyabr ayında Bakı şəhəri, Xətai rayon məhkəməsi bizim iştirakımız olmadan və heç bir səbəb göstərmədən, kimlərinsə pozulmuş hüquqlarını bərpa etmək məqsədilə bizim hüquqlarımızı kobudcasına pozmuş və həmin səhmlərə olan mülkiyyət hüququmuzu əsassız olaraq ləğv etmişdir. O, vaxtdan artıq 14 il keçmişdir. Biz bu müddət ərzində, dəfələrlə Sizə, eləcə də müxtəlif səlahiyyətli orqanlara müraciət etmiş, ya səhmlərimizin bazar qiyməti ilə dəyərinin ödənilməsini, yaxud da günahkarların cəzalandırılması yolu ilə səhmlərə olan mülkiyyət hüququmuzun bərpa olunmasını istəmişik. Hətta, bizi kömək etmək adı altında Xətai rayon məhkəməsinə dəvət etmiş, hakim İ.Qaralov bizimlə bu barədə ətraflı söhbət aparmış və axırda məlum olmuşdur ki, məsələ bütün instansiyalardan keçdiyinə görə şikayətimizə cavab verilməsi və tələbimizin ödənilməsi qeyri mümkündür. Qəribə məntiqdir. Belə çıxır ki, müxtəlif səviyyələrdə məhkəmə orqanları səhvə yol vermişlərsə, bizim hüquqlarımızı kobudcasına pozmuşlarsa, daha bunun düzəldilməsinə çarə yoxdur. Hörmətli cənab Prezident! Siz, hər bir Azərbaycan vətəndaşının, eləcə də bizim Prezidentimizsiz. Ona görə də, axırıncı ümid yerimiz Sizsiniz, pozulmuş hüqüqlarımızın bərpa olunmasında bizə kömək göstərməyinizi Sizdən artıq dərəcədə xahiş edirik”. Bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |