Əsas Səhifə > Gündəm, Manşet > Azərbaycan Mərkəzi Bankında Gülən camaatına aid olan “Bank Asya”nı kim təmsil edir?
Azərbaycan Mərkəzi Bankında Gülən camaatına aid olan “Bank Asya”nı kim təmsil edir?19-09-2014, 09:52 |
DİA.AZ: - Məlum olduğu kimi, dünən prezident Ərdoğan əsas rəqibi kimi gördüyü Fətullah Gülənə özünün ən böyük zərbələrindən birini vurmuş oldu. Belə ki, Türkiyənin iri banklarından hesab olunan “Bank Asya” fəaliyyətini dayandırdı. Rəsmi şəkildə verilən məlumata görə, bankın bağlanmasına səbəb səhmlərinin dəyərdən düşməsi olub. Bildirək ki, 2014-cü il avqustun 7-də Türkiyənin Bank Nəzarəti Qurumu bankın fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdi. Bankın fəaliyyətinin bərpa olunması məqsədilə onun səhmdarları tərəfindən kapitallaşmaya dair qərar qəbul olunmuşdu. Bununla əlaqədar “Bank Asya” nəzarət orqanına müraciət etmişdi. Sentyabrın 15-dən bank öz fəaliyyətini yenidən bərpa etmişdi. Amma görünəni o oldu ki, Ərdoğan Fətullah Gülən cameəsinin əsas maliyyə sütunu hesab olunan “Bank Asya” ilə bağlı planlarından vaz keçməyib. Bu arada bildirək ki, mətbuata məsələ ilə bağlı açıqlama verən prezident Rəcəb Tayyib Ərdoğan bankın müflisləşmə həddində olduğunu bəyan edib və hökumətin guya onun bağlanması üçün bilərəkdən addım atdığı barədə iddiaları təkzib edib. Qeyd edək ki, bundan əvvəl “Bank Asya”nın Fətullah Gülən hərəkatı ilə sıx əlaqələri olduğuna dair xəbərlər hələ xeyli əvvəlindən yayılmışdı. Nəhayətdə Ərdoğan istəyinə çatdı. Təbii ki, nurçu mövzusu hər ortaya gələndə, nurçulara qarşı Türkiyədə hansısa addım atılanda yada ilk olaraq Azərbaycan da düşür. Çünki Azərbaycanda kifayət qədər təşkilatlanmağı və şəbəkələşməyi bacarmış Gülən camaatı ölkəmizdə böyük imkana malik idilər. Doğrudur, nurçular son aylarda məhz Ərdoğanın rəsmi Bakıdan xahişlərinin ardından Azərbaycanda ciddi itkilərə məruz qaldılar. Təhsil sektorundan “vuruldular”, medi sektorunda isə ciddi zərbələr aldılar. Amma hələ də böyük iqtisado rıçaqları əllərində saxlayırlar. Azərbaycanda hətta iki nüfuzlu məmur da məhz Gülən camaatına yaxınlığı ittihamı ilə hədəfə çevrildi, vəzifələrindən alındı. Bununla bağlı DİA.AZ-a ilginc faktlar ötürülüb. Məlumatlı mənbənin redaksiyamıza ötürdüyü informasiyaya görə, “Bank Asya”nın Azərbaycanda da qeyri-leqal uzantısı fəaliyyət göstərib və bu “uzantı” vasitəsilə ölkəmizdəki nurçu şəbəkənin maliyyə birliyi təmin olunub. Maraqlı orasıdır ki, bu şəbəkənin başında Türkiyə yox, Azərbaycan vətəndaşı dayanıb. Bununla bağlı dia-az.site-a danışan mənbə Azərbaycandakı “nurçular”la bağlı maraqlı məqamları açıqlayıb. Daxil olan məlumatda bildirlir ki, Hüseynov Emin Zamin oğlu – Azərbaycan Respublikası Mərkəzi Bankın tədqiqatlar və inkişaf Mərkəzinin baş direktotu Prezident Administrasiyasının siyası təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun yaxın dostu, məsləkdaşı və Mərkəzi Bankda ona yaxından köməklik edən, Azərbaycanda “Nurçular” hərəkətinin təşkilatçılarından biridir. Mənbənin söylədikləri: “Emin Hüseynov eyni zamanda vaxtı ilə Fərhad Əliyevin də ən yaxın adamı olmuşdur. Nurçular hərəkatının maliyə işlərinə Azərbaycanda Emin Hüseynov rəhbərlik edir. Banklardan pulların köçürülməsi və digər əməliyyatlar icra edən şəxsdir. “Bank Asya” ilə Azərbaycan Mərkəzi Bankının əsas əlaqələndiricisi olmaqla yanaşı, bu proseslər zamanı yalnız Azərbaycandakı nurçu şirkətlərinin maliyyə maraqlarını güdüb. Emin Hüseynovun şəxsinə gəlincə isə, o, Biləsuvarda "Çağ" Öyrətim mərkəzini açan birinci şəxsdir və onun meneceridir. Emin Hüseynovun qısa tərcüməyi-halı belədir : 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. 1996-1998-ci illərdə ABŞ-ın Florida Ştatı Universitetinin iqtisadiyyat üzrə magsitraturasını bitirmişdir. Əmək fəaliyyətinə 1998-ci ildən Dünya Bankının ölkə ofisində iqtisadçı vəzifəsilə başlamışdır. 2001-2003-cü illərdə BVF-nun Bakıdakı Daimi Nümayəndəliyində iqtisadçı vəzifəsində çalışmışdır. 2003-2005-ci illərdə Dünya Bankının Bakıdakı ofisində ölkə üzrə iqtisadçı vəzifəsində işləmişdir. 2005-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və statistika departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur. 2009-cu ildə Harvard Universitetinin ictimai idarəetmə üzrə magistraturasını bitirmişdir. 2010-cu ilin fevral ayında Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru – Baş direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır. Ailəlidir”. Mənbə iddia edir ki, “Bank Asya” ilə bağlı qardaş Türkiyədə hüquqi araşdırmaların başlanacağı gözlənilir: “Bu halda təbii ki, Azərbaycana da əllər uzanacaq və Emin Hüseynovun kimliyi Türkiyə əmniyyəti üçün araşdırma predmetinə çevriləcək”. dia-az.site-a daxil olan məlumatda həmçinin o da qeyd olunur ki, artıq Mərkəzi Bank rəhbərliyi Bankr Asya ilə olan maliyyə əməliyyatlarını daxili ekspertlərinin iştirakı ilə təftiş qərarı verib. Geri qayıt |