Əsas Səhifə > Gündəm, Manşet > Rövnəq Abdullayevin adamları rəsmən qoçuluq edirlər
Rövnəq Abdullayevin adamları rəsmən qoçuluq edirlər8-09-2014, 09:49 |
Bir neçə gün əvvəl “SOCAR-ın əməkdaşları qadını döydülər” başlıqlı yazı dərc etmişdik. Yazı Xırdalan şəhər sakini Durna Həsənovanın qafqaznews.org-a müraciəti əsasında hazırlanmışdı. Qısa xatırlatma üçün bildirək ki, Durna Həsənova baş verənlərlə bağlı aşağıdakıları söyləmişdi: “SOCAR-ın işçiləri mənin evimi uçurtmaq, məni və ailəmi evdən küçəyə atmaq istəyirdilər.131228 83771 Abşeron polisi SOCAR dan çəkinir? VİDEO Mən isə 1989-cu ildə Abşeron rayon icra hakimiyyətinin razılığı ilə bu evi tikmişəm və 20 il burda rahat yaşamışam. Amma 3 il əvvəl SOCAR-ın işçiləri gəlib bildirdilər ki, Bakı-Tbilisi-Ceyhan kəməri yaxınlığında yerləşdiyi üçün eviniz sökülməlidir. Mən onlara bildirdim ki, ətrafda onlarla villa var, onlar niyə sökülmür. Təhlükəsizlik xidmətinin əməkdaşları məndən evin sökülməməsi üçün 200 dollar pul istədilər. Mən 200 dolları verməyə məcbur oldum. Bu proses 3 il davam elədi. 26 avqustda isə onlar məndən 5 min dollar tələb elədilər . Mən bu qədər pulun olmadığını deyəndə onlar məni və qızımı döyərək bildirdilər ki, bu barədə polisə məlumat versən qayıdıb sizi yenidən döyəcəyik”. Vəziyyətin dözülməz olduğunu görən Durna Həsənova Abşeron polisinə müraciət edib. Və Abşeron RPŞ-nin qərarı ilə işin araşdırılması təhqiqatçı Samir Hüseynova tapşırılıb. Ana və qızını Abşeron məhkəmə-tibb ekspertizasına göndərirlər. Bunu eşidən SOCAR-ın əməkdaşları gəlib ana və qızını yenidən döyürlər. Bunu hətta qonşular da görüb videokameraya çəkirlər. Durna Həsənova yenidən Abşeron polisinə müraciət edir. Bu dəfə işi təhqiqatçı Rahib Yunusova tapşırırlar. Və ana-balanı yenidən tibb ekspertizaya göndərirlər. Ancaq tibb ekspert nəticəni Durna Həsənovadan gizlədir. Durna Həsənova redaksiyamıza göndərdiyi müraciətə video rolik də əlavə edib. Həmin rolikdə ana və qızının uniformada olan şəxslər tərəfindən döyüldüyü açıq-aşkar görünür. Bütün bunlara aydınlıq gətirmək üçün Qafqaznews.org olaraq SOCAR-la əlaqə saxlamaq qərarına gəldik. Çox təəssüf ki, SOCAR-ın adını deməyən əməkdaşı bizim suallarımıza cavab vermədi. Onda təhqiqatçı Samir Hüseynova müraciət etdik. O, da sualımıza cavab verməkdən imtina etdi. Durna Həsənovanın məhkəmə-tibbi rəylə tanış ola bilməməsi ilə bağlı sualı Abşeron RPŞ-nin təhqiqat şöbəsinin rəisi Məmmədəli Yaqubova ünvanladıq. Onun cavabı belə oldu: “ Onun nəyinə lazımdır rəy? Onsuz da axırda rəylə tanış olacaqlar”. 4 sentyabr tarixdə Həsənovlar ailəsi yenidən qafqaznews.org-a müraciət edib: “ Təhlükəsizlik xidmətinin əməkdaşları yenidən bizim evə gəldilər. Biz qorxduq və fikirləşdik ki, yenidən bizi döyəcəklər, ona görə də qapını açmadıq”. Bu müraciətdən sonra Abşeron polisinə müraciət edərək Həsənovlar ailəsinin təhlükəsizliyini necə təmin etdikləri ilə maraqlandıq. Təhqiqatçı Rahib Yunusov bildirdi ki: “ Narahat olmayın, biz araşdırma aparırıq və Həsənovlara demişik ki, sizə hücum olan kimi bizə xəbər verin”. “Siz onların təhlükəsilini necə təmin edəcəksiniz” sualını isə təhqiqatçı belə cavablandırdı :” Bizim operativ qruppa dərhal hadisə yerinə gedir”. Peşəkar Hüquqşünaslar birliyinin sədri Tağı Hüseynov isə bildirdi ki, əslində polis bu günədək SOCAR-ın orada iştirak edən əməkdaşlarını dindirməli və videorolik əsasında ekspertiza aparmalı idi, bütün bunlar olmayıbsa, deməli məqsəd cinayəti ört-basdır eləməkdir. Qafqaz Hüquq Mərkəzinin nümayəndəsi Emin Məmmədov isə bildirdi ki, Həsənovlar ailəsinin təhlükəsiliyi üçün onlara mütləq mühafizəçi ayrılmalı idi. Sözardı: Durna Həsənovanın müraciətindən sonra biz İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovdan müstəqil ekspertiza aparmasını xahiş etmişdik. O, bizə bildirib ki, mənim ixtisasca həkim olan köməkçim onlara baxış keçirib və döyülmə faktını təsdiq edib. Ona görə də tədbir görülməsi üçün Baş prokuror Zakir Qaralova müraciət etmişəm. Geri qayıt |