Əsas Səhifə > Gündəm, Manşet > Övladını bu il 1-ci sinfə göndərən Bakı sakinindən nazirə ilginc müraciət

Övladını bu il 1-ci sinfə göndərən Bakı sakinindən nazirə ilginc müraciət


29-08-2014, 10:26
Övladını bu il 1-ci sinfə göndərən Bakı sakinindən nazirə ilginc müraciət
DİA.AZ: - «Təhsil naziri Mikayıl Cabbarov guya ki, orta məktəblərdə qanunsuz pulyığmanı qadağan edib. Amma görürük ki, nəinki məktəb direktorları pul toplamaya ara verməyiblər. Əksinə, Misir Mərdanovun dövründəkindən də qat-qat artıq pul yığırlar». Bu sözlər DİA.AZ-a ünvanlanan bir valideyn müraciətindəndir.

Bakı şəhər, Nəsimi rayon sakini olduğunu deyən narazı vətəndaş Əliyev Baloğlan bildirir ki, bu il övladlarından birini 1-ci sinfə qoymaq üçün …saylı orta məktəbin direktoruna 1000 manat pul verməli olub: «Həmin məktəbin adını çəkə bilmərəm. Çünki 2 övladım həmin məktəbdə oxuyur və bu il də 3-cü övladımı eyni məktəbə qoydum.

Doğrudur, əvvəlki iki uşağımı da qoyarkən pul vermişdim. Amma birində 300 manat, digərində isə 500 manat. Özü də Misir Mərdanovun dövründə.

İndi isə təhsil naziri vəzifəsini özünü Azərbaycana «dəyişikliklər kralı» kimi göstərən Mikayıl Cabbarov icra edir.

Biz demirik ki, gənc nazirimiz rüşvəti tam yığışdırsın, heç olmasa, rüşvətdəki bahalaşmanın qarşısını alsın»…

Geri qayıt