Əsas Səhifə > Gündəm, Manşet > Sumqayıtdan Mehriban xanım Əliyevaya 2 problemlə bağlı müraciət ünvanlandı

Sumqayıtdan Mehriban xanım Əliyevaya 2 problemlə bağlı müraciət ünvanlandı


26-08-2014, 10:12
Sumqayıtdan Mehriban xanım Əliyevaya 2 problemlə bağlı müraciət ünvanlandı
DİA.AZ: - Sumqayıt Dövlət Dram Teatrda səs operatoru işlədiyini deyən Sumqayıt şəhər sakini Süleymanov Anar Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya açıq məktubla müraciət edib. DİA.AZ olaraq həmin müraciətin mətnini diqqətinizə təqdim edirik:

“Mən Sizə ilk baxışdan elə də vacib olmayan, amma Azərbaycanın nüfuzuna və imicinə böyük zərər verən iki broblem haqqında müraciət etmək istəyirəm. Ümüd edirəm ki, Siz bu problemlərin həllinə öz köməyinizi əsirgəmiyəcəksiniz.

Problemin biri, ağacların kütləvi surətdə məhv edilməsi və yerində qeyri dövlət obyektlərinin tikilməsidir.

Bu yaxınlarda Bakının Nəsimi rayonunda ağacların kəsilməsinə Sizin operativ və kəsgin reaksiyaniz məni sevindirdi. Bununla Siz, ətraf mühitin qorunması naminə necə mübarizə aparmağı hamıya nümunə kimi göstərdiniz! Amma çox təəsüflər olsun ki, bizim şəhərimizdə elə şəxslər var ki Sizin göstərdiyiniz nümunədən nəinki ibrət götürmürlər, əksinə, Sumqayıtın yaşıl donuna ziyan vururlar. Burda son vaxtlar cox illik ağacları vəhşıcəsinə məhv edirlər və demək olar ki yaşıllıqların “soy qırımı” gedir. Cox təəsüflər olsun ki bu hadisələr Sumqayıt Şəhər İcra Hakimiyyətinin gözü qabağında baş verir.

Bir misal çəkim, il yarim bundan qabaq, əsasən sərv və şam ağaclarından ibarət böyük ərazı İcra Hakimiyyətinin binası ilə üz bə üz olan şəhər bağında obyekt tikmək məqsədi ilə böyük bir ərazi hasarlanaraq, orda olan ağaclar kəsilmək təhlükəsində qalmışdılar. Mən bu məsələdən çox narahat oldum və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yazılı surətdə müraciət etdım. Mənim muraciətimdən sonra Ekologiya Nazirliyindən nümayindələr gəlib bu özbaşınalığı protokollaşdiraraq ağacların kəsilməsini dayandırdılar. Bir müddətdən sonra mənə Ekologiya Nazirliyindən məktub gəldi. Bu məktubda qeyd edilmişdir ki, Nazirlik bu qanunsuz faktı araşdirıb təxsirkarları cəzalandırmaq ücün işi Sumqayıt Şəhər Polis idarəsinə gondərildi. Amma il yarımdan cox vaxt keçməsinə baxmayaraq bu işin təşkilatçılarının kim olduğu indiyə kimi bilinmir.

Odur ki bu cür hərəkətlər bizim şəhərdə vaxtaşırı təkrarlanır və bu qanunsuzluğa görə heç kəs cazalandırılmır. Belə cəzasızlıq şəraitində şəhərin yaşıllıqlarına təcəvüz daha da artır. Axırıncı belə bir qanunsuz hadisə 1-ci məhəllədə baş verib. Mənim müraciətimlə gələn Ekologiya Nazirliyinin məsul işçiləri mənə bildirdilər ki, baxça adı ilə ağacların məhvinə və orda tikintinin başlanmasına, Sumqayıtin icra başçısı Eldar Əzizov göstəriş verib. Uşaq baxçasi tikmək əlbətdə ki, yaxşidı, ( əgər bu tikinti doğurdanda uşaq baxçası olacaqsa) amma hər hansı ağacı kəsmək üçün Əkologiya və Təbii Sərvətlər Nazirliyindən mütləq icazə almaq lazlmdır. Həmin kəsilən ağacları xüsüsi texnika ilə məhv edilmədən göturüb başqa yerə əkmək olardı. Bir neçə ay bundan qabaq bizim hörmətli prezidentimiz İlham Əliyev hamıya axırinci xəbərdarlıq etmişdir ki Ekologiya Nazirliyinin icazəsi olmadan şəhərdə birdənə də olsun ağac kəsilməməlidir. Cənab prezidentin bu sözlərini bəzi məmurların qulaqardına vurması, olkə başçısının nüfuzuna xələl gətirir.

Hörmətli Mexriban xanım, Sizdən cox xahiş edirəm ki, bu məsələnin həllinə öz təsirinizi göstərəsiniz.

İkinci problem sahibsiz heyvanların vəhşicəsinə güllələnməsidir. Bildiyiniz kimi bizim ölkəmiz Canab prezridentimizin sərəncamı ilə 2007- ci ilin 31 mayında "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasınaqoşuldu. 2011-ci ilin mart ayında isə Azərbaycanın Nazirlər Kabinetı sahibsiz heyvanları qoruyan qanun qəbul edti. Bu 38 saylı qanuna əsasən, heyvanlara işgəncə vermə və ya öldürməyə görə inzibati xəta 500 manat cərimə nəzərdə tutulub. Əlbətdə ki, köməksiz heyvanların öldürülməsinə görə 500 manat cox azdır, amma bəzən qanunları pozaraq heç onu da eləmirlər. Bu yaxınlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında silahlanmış şəxs, günün gündüz çağında itləri güllələyirdi. Dəhşətlisi odur ki bu qəddarlıq uşaqların gözü qabağında baş verirdi. İstəməzdik ki bizim uşaqlarımız heyvanlara qarşı olan bu amansız və qəddarlıq atmosferində böyüsünlər. Uşaqlar həm yaxşılığı, həm də pisliyi tez götürürlər, ona görə də bu cür qəddarlıği görəndə, onlar həmin qəddarlığı valdeyinlərinə, yaxınlarına və eləcədə cəmiyyətimizə eləyəcəklər.

Əgər insan heyvanlara qarşı amansızdırsa o, bu amansızlığı, qəddarlığı insanlara qarşı da törədəcək. Heyvanları öldürməklə, insanları öldürmək arasında bir addım məsafə var. Müvaffiq orqanlara bu problemlə müraciət etdikdə, buna cox laqeyid yanaşırlar. Deyirlər ki bizim başqa çıxış yolumuz yoxdur və hər şey İcra Hakimiyyətinin səviyyəsində həll olunur. Sumqayıtda itlərin son güllələnməsi zamanı bəzi sakinlər buna mane olmağa çalışırdılar, amma həmin adam tüfəngini onlara qarşı tuşlayaraq, onlara hədə qorhu gələrək təhqiramiz sözlər işlətmişdir. Hətda bu faktı belə bəzi instansiyalar araşdirmalara maneçilik göstərirdilər. Baxmayaraq ki, mən Daxili İşlər Nazirliyinə müraciət etmişdim, indiyə kimi mənim şikayətimlə əlaqədar araşdirmanın nəticəsi barədə mənə heç bir rəsmi cavab verilməyib. Çoxusu deyir ki bizdə sahibsiz heyvanların sığınacaqları yoxdur, ona görə də itlər öldürülür. Bəli, siğınacaqlar yoxdur, amma dövlətin ki qanunları var, hər kəs onlara riayət etməlidir. Hələ ki dövlətimiz sahibsiz heyvanlar üçün sığınacaqlar tikməyib, hansısa kompromis yollar tapmaq lazımdır. Sahibsiz heyvanlara heç bir zərər vurmadan onlari tutub şəhərdən kənar yerlərə buraxmaq da olar. Mən hətda itləri tutmağa öz köməkliyimi də təklif elədim. Ola bilməz ki bizim İcra Hakimiyyətinin və Təmizlik Departamentinin heyvanları tutmaq üçün adi tor ya arkan almağa vəsaitləri olmasın. Biz güclü, sivil, hüquqi dövlətdə yaşayırıq və bu kimi, ilk baxışdan əhəmiyyətsiz görünən problemlər dövlətimizin imicinə böyük zərər verir.

Hörmətli Mexriban xanım, Sizdən xahiş edirəm ki, bu problemlərə xüsusi diqqət göstərəsiniz, çünki bunlar hər bir sivil və inkişav etmiş ölkənin göstəricisidir”.

Geri qayıt