Əsas Səhifə > Gündəm, Manşet > İlham Əliyevə İŞİD-in hədəfində olan azərbaycanlılarla bağlı şok müraciət
İlham Əliyevə İŞİD-in hədəfində olan azərbaycanlılarla bağlı şok müraciət16-08-2014, 10:48 |
DİA.AZ: - Ölkənin bir sıra təşkilatları Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət ediblər. DİA.AZ-a daxil olan müraciətin mətnindən anlaşılır ki, müəlliflər son zamanlar Şimali İraq adlanan ərazilərdə baş verənlərdən, habelə «İŞİD» adlı terror təşkilatının qeyd olunan ərazilərdə - öz ata-baba yurdlarında yaşayan 3 milyona yaxın Azərbaycan türkünün həyatından nigarandırlar. dia-az.site olaraq həmin müraciəti təqdim edirik: «Cənab prezident. Siz çıxışlarınızda dəfələrlə bəyan etmisiniz ki, təkcə bu gün sayı 10 milyona yaxınlaşan Azərbaycan dövləti vətəndaşlarının yox, bütün dünyada yaşayan azərbaycanlıların - 50 milyonluq Azərbaycan xalqının prezidentisiniz. Bu gün məlumunuzdur ki, Şimali İraqın bir hissəsi tarixi Azərbaycan torpaqlarıdır və həmin ərazilərdə 3 milyona yaxın Azərbaycan türkü yaşayır. Bu gün həmin tarixi torpaqlarımızda yaşanılanlar bizim ürəyimizi ağrıdır. 3 milyon azərbaycanlının həyatı təhlükədədir. Artıq İŞİD terrorçuları tərəfindən 4 minə yaxın azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Yazıqlar olsun ki, həmin bölgəyə daha yaxın olan və qardaş adlandırdığımız Türkiyə dövləti Qəzzaya göstərdiyi həssaslığı Kərkükə, Mosula, Ərbilə nümayiş etdirmir. Həmin tarixi Azərbaycan şəhərləri bu gün ən ağrılı günlərini yaşayır. Həmin şəhərlərimizdəki insanlarımıza sahib çıxmalıyıq. Cənab prezident. Sizi biz həqiqətən də 50 milyonluq Azərbaycan xalqının prezidenti kimi görürük və qəbul edirik. Türkiyədən qardaş kimi umsaq da, Azərbaycanın şərəf borcudur ki, Kərkükdəki soydaşlarımıza sahiblənsin. Cənab prezident. Yazıqlar olsun ki, məhz Azərbaycandakı biznes fəaliyyəti ilə böyük sərvət sahibi olan Abdolbari Goozal kimi iş adamı öz millətindən olan yezidi kürdlərə sahiblənir, onlara yardım göndərir, amma əvəzində milyonlarla Azərbaycan türkü taleyin ümidinə buraxılır, kimsəsiz buraxılır. Cənab prezident. Sizdən xahiş edirik ki, ordakı soydaşlarımıza münasibətdə prezidentləri kimi davranasınız, onların taleyinə diqqət ayırasınız. Bu gün Azərbaycan dövləti Kərkükdəki soydaşlarımıza ən azından humanitar yardım yollamaqla, onlara öz dövlətlərinin qayğısını hiss etdirmiş olacaq. Belə bir yardımın edilməsinin mənəvi dəyəri daha böyükdür». Hörmətlə, AzərbaycanMilli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyi, «Əski Boz Qurd» Veteranlar Təşkilatı, «Alp Ər Tonqa» Gənc Türkçülər Təşkilatı, Millətçi Gənclər Hərəkatı, «Zəngəzur» Təşkilatı, Qərbi Azərbaycan Seyid Ocaqları Təşkilatı adından keçmiş Boz Qurd Batalyonunun komandiri, 2-ci qrup Qarabağ əlili Nurəddin Xoca. Geri qayıt |