Əsas Səhifə > Gündəm, Manşet > Mikayıl Cabbarovun adına şok maxinasiyalar ittihamı – Nazir Gəncədəki Uşaq Evini atasının adına özəlləşdirib?
Mikayıl Cabbarovun adına şok maxinasiyalar ittihamı – Nazir Gəncədəki Uşaq Evini atasının adına özəlləşdirib?12-08-2014, 10:42 |
DİA.AZ: - Redaksiyamıza bu gün təhsil sistemində cərəyan edən olaylarla bağlı bir məqalə göndərilib. Müəllifi Elməddin Tovuzlu olan məqaləni DİA.AZ olaraq olduğu kimi diqqətinizə təqdim edirik və bəri başdan bəyan edirik ki, Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... “İctimaiyyət, həm də elmi ictimaiyyət arasında yekdil bir fikir var ki, təhsil naziri dəyişsə də, rüşvətin həcmi azalmadı, əksinə iki dəfə artdı. Hətta yaxşı mənada, keçmiş təhsil naziri Misir Mərdanova bəraət qazandıranlar da az deyil. Onu təhsil sistemini bilən şəxs kimi qəbul edirlər, amma ona təhsili inkişaf etdirmək üçün imkan yaradılmaması belə xarakterizə olunur. Deyilənlərdə həqiqət də var. Belə ki, Mikayıl Cabbarov təhsil naziri təyin olunar-olunmaz öz kadrlarını mühüm vəzifələrə yerləşdirməklə məşğul oldu. Az keçmədi ki, mətbuat nazirlikdə aparıcı şəxslərə konvert paylanıldığını, bunun hansı mənbə hesabına olduğuna dair haqlı suallarla çıxış etdi. Təhsildəki dəyişiklik orta məktəblərdə dərslərin iyun ayının 20-nə kimi uzadılmasına həsr olunan boş-boş müzakirələrlə yadda qaldı. Hazırda isə təhsillə bağlı qəribə, həm də pis tendensiyalara rast gəlinir. Ölkə prezidenti İlham Əliyev tərəfindən bir müddət əvvəl özəlləşdirilməyə təqdim olunmuş məktəbəqədər təhsil müəssisələri özəlləşdirildikdən sonra təyinatı üzrə deyil, başqa məqsədlər üçün istifadə edilir. Bir sözlə, məktəbəqədər təhsil bölgələrdə unudulur. Hətta Mikayıl Cabbarovun özü belə bu təyinatdan olan binaların özününküləşdirilməsi ilə məşğuldur. Məsələn, Gəncə şəhəri Vatutin küçəsində yerləşən 5№-li uşaq evi xüsusi əhəmiyyət kəsb etsə də, nazirin atası Çingiz Cabbarovun adına özəlləşdirilərək ev kimi istifadə edilib. Bir az əvvəl isə oranın ən yüksək səviyyədə təmir edilməsi Gəncə şəhərində yerləşən Humanitar kollecin direktoru Fəxrəddin Zamanova tapşırılıb. Hər halda bunu Fəxrəddin müəllimin müəyyən yerlərdə fəxrlə səsləndirilməsindən də müəyyən etmək olur. Fəxrəddin Zamanov isə rəhbərlik etdiyi kollecin 3 minə yaxın tələbəsindən yay semestr imtahanları və buraxılış qruplarından diplom müdafiəsi üçün yığdığı rüşvətlə ona tapşırılmış işi yerinə yetirməyə, uşaq evini təmir etdirməyə başlayıb. Hətta o bunu özünə şəst bilib, nazirə yaxın olması ilə əlaqələndirməkdən çəkinmir. Avropa standartları səviyyəsində gedən təmir isə Vatutin küçəsində yerləşən 5№-li uşaq evinin təkrar təyinatı üzrə istifadə edilməyəcəyindən xəbər verir. Fəxrəddin Zamanov hər bir tələbədən yığdığı 300 manat rüşvət hesabına keçmiş bağçanın binasını tez bir zamanda təmir etdirib nazirə təqdim etmək istəyir. Kollecdə baş alıb gedən rüşvət əməliyyatı barədə ölkə mətbuatı axırıncı aylarda kifayət qədər tənqidi məqalələrlə çıxış etsə də, həmin yazılara fikir verən olmadı. Bütün bunlara görə təhsilin inkişaf etdirilməsi deyil, təhsildə rüşvətin yığılmasında yeni bir mərhələnin başlandığı müəyyənləşir. Özəlləşdirilməsi mümkün olan bütün binaların Mikayıl Cabbarova yaxınlığı ilə seçilən şəxslərin adına özəlləşdirləcəyi də ehtimal edilir”. Geri qayıt |