Əsas Səhifə > Gündəm, Manşet > Astarada icra başçısının xeyir-duası ilə baş tutan talançılıq
Astarada icra başçısının xeyir-duası ilə baş tutan talançılıq11-08-2014, 10:32 |
İnfom.az-ın Cənub bürosunu məlumatlandıran məktəb direktorlarından birinin bildirdiyinə görə, son zamanlar Astara rayonunun təhsil sistemində baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılar əlaqədar qurumların ciddi narahatlığa səbəb olub. Daha doğrusu, bəzi məktəb direktorları qorxu və təşviş içində yaşayır. Səbəbi isə budur - rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova onları müxtəlif maliyyə maxinasiyalarına şərik etsə də nəticədə özündən başqa heç kimə heç nə çatmayır. Sadəcə, direktorlar boş sənədlərə qol çəkirlər ki, güya hansısa materialı təhvil alırlar. Belə əməliyyatlardan biri də rayon Təhsil şöbəsiylə “Folreniya MMC” arasında baş verib. Təhsil şöbəsi bu müəsissisədən bir dəstin dəyəri 31 manat 40 qəpik olmaqla, Türkiyə istehsalı olan 2000 dəst idman geyimləri və digər ləvazimatlar almaq məqsədiylə müəssisəyə 100 min manat pul köçürüb. Nəticədə isə ortada quru sənədlərdən başqa heç nə yoxdur. 63 məktəb direktorunun hər birinə Çin istehsalı olan 30-40 ədəd idman forması veriblər ki, bunların da ümümi dəyəri maksimum 150 manatdır. Digər qurğular, idman alətləri isə guya, yoldadır. Mənbənin dediyinə görə, Təhsil şöbəsinin bazasında olan məktəblərə nəinki idman geyimləri verilməyib, çoxlarında hətta idman zallarının vəziyyəti belə ürək açan deyil. Bəs, onda idman geyimləri adı altında bu qədər pul niyə və necə mənimsənilib? Bu suala təhsil işçisinin cavabı maraqlı oldu: “2015-ci il yanvarın 1-dən Astara Təhsil şöbəsi Regional Təhsil İdarəsinə çevriləcək. Qızbəs xanım Məmmədova isə həmin vəzifəni ələ keçirmək üçün bu cür maliyyə əməliyyatları aparır, yəqin ki kimlərəsə verəcəyi “şiriniliyi” toplayır. Sözsüz ki, yerli İcra başçısı Qəzənfər Ağayevin xeyir duasıyla Geri qayıt |