Əsas Səhifə > Gündəm, Manşet > Hamısı YAP üzvü olan 8 nəfərlik ailə dözülməz şəraitdən gileylidir

Hamısı YAP üzvü olan 8 nəfərlik ailə dözülməz şəraitdən gileylidir


10-08-2014, 12:14
Hamısı YAP üzvü olan 8 nəfərlik ailə dözülməz şəraitdən gileylidir
Uzun müddətdir, ailə üzvləri ilə birgə dözülməz şəraitdə yaşayan Salyan rayon Cəngən kənd sakini Əliməmməd Əliyev infom.az-ın əməkdaşına öz dərdini danışıb.

Söylədiyinə görə, övladlarının bir necəsini çətinliklə də olsa ev-eşik sahibi edə bilib.

Lakin hal-hazırda iki oğlu ailələriylə bərabər Əliməmməd kişinin daxmasında yaşayır.

Beləcə 8 nəfərlik ailə cəmi 50 kv-m sahəsi olan bir daxmaya sığınıb:

“Ortancıl oğlum İdrak Əliyevlə kiçik oğlum Mərdan Əliyevdə hər ikisi evlidir, övladları da var. Özüm 74, yoldaşımsa 65 yaşındayıq. Hamımız birgə gördüyünüz bu daxmada yaşayb ömrümüzü keçiririk.

Ailəlikcə YAP üzvüyük.

Hamısı YAP üzvü olan 8 nəfərlik ailə dözülməz şəraitdən gileylidir

Kimsədən narazlığımız yoxdur.

İndiyə qədər bir adama müraciət edib nəsə istəməmişik.

Lazım olanda, sağ olsunlar, özləri yardım əllərini uzadıblar.

Yalnız bir dəfə ötən il kiçik nəvəmin ürəyində problem vardı, H.Əliyev Fonduna, şəxsən Mehriban xanım Əliyevaya müraciət etdim. O da müraciətimi cavabsız qoymadı, nəvəmi 2 dəfə pulsuz əməliyyat etdirdi”.

Əliməmməd kişi rayon İcra başçısından da xeyli razılıq etdi: “İl ərzində oğlumun ailəsi ilə birgə rayondan Bakiya, xəstəxanaya getməsində, orda qalmasında və digər məsələlərdə tələb olunan xərclər rayon İcra Hakimiyyəti başçısı Tahir Kərimovun tapşırığına əsasən cavabdehlər tərəfindən ödənildi.

Odur ki, onlardan artıq nəsə istəməyə utanrıam.

Həm də istəyəcəyim ev rayon səviyəsində həll olunası məsələ də deyil.

Artıq yaşım ötüb, o dünyaya nagüman getmək balalarımı dözülməz şəraitlə baş başa buraxmaq istəmirəm.

Məcburiyyətdən cənab Prezidentə müraciət edirəm.

Ondan xahiş edərək bildirirəm ki, Salyan rayonunda bizim kimi yüzlərlə evsiz-eşiksiz ailə var. Dövlətimizn hesabına yeni yaşayş evlərinin tikilib onlara verilməsi, məncə, ən böyük savab işlərdən biri olardı. Biz də bu ümidlə yaşayıb o günləri gözləyirik”.

Geri qayıt