Əsas Səhifə > Gündəm > “Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmalıdır”

“Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmalıdır”


6-08-2014, 13:09
“Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşmalıdır”
Suallara hərbi ekspert, ehtiyatda olan general Vladimir Timoşenko cavab verir.

- Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsini necə xarakterizə edərdiniz?

- Vəziyyət mürəkkəbdir. İlkin olaraq hamının bilməsi vacib olan təxribat bizimkilər tərəfindən deyil. Təxribat ermənilər tərəfindəndir.

Bəli, vəziyyət mürəkkəbdir, amma hərbi əməliyyatlara qədər gedib çatmayacaq. İndi bizim qüvvələr tam olaraq vəziyyətin daha da kəskinləşməsinə yol verməmək üçün cəmlənib.

Bu mövzuda deyə biləcəyim yeganə şey budur, çünki başqa heç nəyi demək olmaz.

- Bununla yanaşı, xarici mətbuatda gərginliyin artmasının günahkarlarına dair təhriflərə rast gəlmək olar. Adətən günahkar Azərbaycan hesab edilir...

- Bəzən vaciblik və miqyasına görə ideoloji müharibə döyüş meydanında gedən müharibədən geri qalmır, bəzən isə daha artıq olur. Mən bundan yenicə qayıtdığım Ukraynada baş verənləri gördükdən sonra əmin oldum. Ona görə də biz lazımi ideoloji fon yaratmalıyıq, hər yerdə həqiqəti söyləməliyik. Azərbaycan tərəfi son 20 il ərzində heç bir zaman heç kimə qarşı təxribat törətməyib. Bu, bizə lazım deyil. Biz genişmiqyaslı hərbi əməliyyatlara hazır olmalıyıq ki, torpaqlarımızı azad edək. Amma bu artıq başqa məsələdir. Təxribat isə Azərbaycan rəhbərliyinin nə siyasi, nə də hərbi taktikası deyil. Hər zaman Ermənistan təxribata başlayır. Biz isə cavab verməliyik ki, bununla heç bir zaman razılaşmayacağımızı bilsinlər. Cəbhə xəttində bu günlərdə baş verən məhz bunlardır. Ermənilər isə bütün dünyaya “öz həqiqətləri” haqqında car çəkiblər.

Əgər siz Ukrayna televiziyasını izləsəniz Rusiyanın bu gün nədən ibarət olduğunu anlayarsız. Bu gün Rusiya və Ukrayna arasında əsl müharibə gedir, bu heç də Rusiya tərəfinin iddia etdiyi kimi Ukrayna hakimiyyətinin öz xalqına qarşı terror əməliyyatları deyil. Bu, sözün əsl mənasında müharibədir. Bu günlərdə çoxları tərəfindən təhrif edilən həqiqət budur.

- Yeri gəlmişkən, Ukrayna müharibəsinin Qarabağda baş verənlərin katalizatoru olduğunu hesab edən ekspertlər də var.

- Mən bunu bir-biri ilə əlaqələndirməzdim. Ümumiyyətlə, beynəlxalq təşkilatlar barədə bir neçə xoşagəlməz söz deyərdim. Məsələn, BMT belə hallarda həmişə əsassız sülhsevər tonda çıxış edir. Təşkilatı bu mövqeyinə görə bəyənmirəm. Onlar kimin günahkar olduğunu aydınlaşdırmadan həmişə sülhə səsləyəcəklər.

Digər təşkilatlar da prezidentlərin görüşlərinə dair ifrat optimizmlə çıxış edirlər. Bu görüşlər nə verir ki?

- Yeri gəlmişkən, bu həftənin sonunda Rusiya prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə növbəti görüşü gözlənilir.

- Bəli. Nə fərqi? Görüş olacaq, amma bu, sadəcə vaxtı uzatmaqdır. Digər ölkələrin liderləri aşkar şəkildə bildiriblər ki, vəziyyətin belə “dondurulmuş” halda saxlanılmasının tərəfdarıdırlar, nəinki hərbi əməliyyatların başlanmasına. Dünya ictimaiyyəti Azərbaycanın ərazi problemini həll etmək üçün heç nə etməyəcək.

- Qarabağda baş verən son insidentlər dünya ictimaiyyətini münaqişəyə, Azərbaycanın güc tətbiq etmədən həll etmək lazım olduğuna əmin edə bilmirmi?

- Sülh yolu ilə həll etmək?

- Bəli. Yoxsa siz problemin yalnız hərb yolu ilə həll edilə biləcəyindən əminsiz?

- Sülh yolu ilə heç vaxt. Bu yolla münaqişə yalnız “dondurula” bilər. Növbəti onilliklər müddətinə.

Mən bu gün müharibəyə çağırmıram, müharibəyə ciddi hazırlaşmaq lazımdır. Çünki biz Rusiya ilə vuruşmalı olacağıq. Bilirsiniz ki, Rusiyada digər ölkələrin ərazisinə ordu yeritmək rəsmi qəbul edilib. Bunu nəzərdən qaçırmaq olmaz. Qarabağ yalnız qalibiyyət nəticəsində bizim olacaq.

Geri qayıt