Əsas Səhifə > Gündəm, Manşet > Ehtiyatda olan mayor general Ramil Usubova DYP çavuşundan şikayət etdi

Ehtiyatda olan mayor general Ramil Usubova DYP çavuşundan şikayət etdi


25-07-2014, 09:31
Ehtiyatda olan mayor general Ramil Usubova DYP çavuşundan şikayət etdi
DİA.AZ: - Laçın rayon Pircahan kənd sakini 2-ci qrup əlil, ehtiyatda olan mayor Novruzov Rövşən Rafail oğlu daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi ilə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Cənab Nazir!
Yazaraq Sizə müraciət edirəm ki, 24.07.2014-cü il tarixdə saat 15:40 radələrində Hövsan qəsəbəsi istiqamətində maşınla gedərkən yolda məni 10 YP 375 nömrəli polis maşının serjantı Əlimanov Samir saxlatdı, video çəklişdə şəkili mənə göstərdi ki, mən guya yol hərəkəti qaydalarının 151.2 maddəsinin tələblərin pozmuşam, ancaq mən yol hərəkəti qaydalarının 151.2 maddəsinə oxudum, protokolda yazılan qayda pozuntusu haqqında qanunda heç bir qeyd olmadığını gördüm, eyni zamanda mən yol hərəkəti qaydasın pozmadığımı zənn edirəm, qeyd etmək istəyirəm ki, mən keçərkən dairənin sol tərəfində maşın yox idi, mən keçdikdən sonra həmin maşın dairəni tamamlamağa başlamışdır.

Yol polis serjantı Əlimanov Samir və yanında olan bir nəfər Yol hərəkəti haqqında qanunun tələblərin təfərüatı ilə bilmirlər, bu səbəbdəndə məni saxladıb, protokol tərtib edirlər, bir daha qeyd etmək istəyirəm ki, protokolda Yol hərəkəti haqqında qanunun 151.2 maddəsində göstərilən sözlərdən heç biri yazılmayıb, belə çıxır ki, mən heç bir qanun pozuntusunu pozmamışam. Əlavə olaraq qeyd etmək istətirəm ki, məni saxladıqları yerdən sola qadağan olan qoşa xəttin tələblərin pozaraq qarşıdan gələn maşınlara təhlükə yaradaraq Yol hərəkəti qaydaların tələblərin kobud şəkildə pozaraq geri qayıdıb getdilər, ancaq danışanda hər cümlələrinin başlanğıcı qanun sözü idi, bəs nə üçün qanunu tələb edənlər qanunun tələblərini icara etmirlər, bu qanun tək biz vətəndaşlara aiddirmi, bu kimi ədalətsizlikləri görüb üzümü Cənab Nazir Sizə tutub müraciət edirəm.

Hətta mən bildirirəm ki, 2-ci qrup əliləm.... polis serjantı Əlimanov Samir yanında olan polis nəfəri mənə bildirir ki, mən neyləyim ki, sən əlilsən, nə olursan ol da... mənim atam da Qarabağ müharibə əlilidir, bəs soruşmaq lazımdır bəs sən neyləmisən. Qanun tələblərin bilməyərək daima məni kimi vətəndaşları incitmisən. 18 il mən Azərbaycan Respublikasına vətənimə xidmət etmişəm xidmətimin 10 ilin düşmənlə təmas şəraitində olub. Bəs görən o polis şerjantı haralarda xidmət edib ki, məni kimi 2-ci qrup hərbi əlillə belə nəzakətsiz danışır. Bu barədədə tədbir görülməsi məqsədə uyğunluğunu hesab edirəm.

Cənab Nazir!
Xahiş edirəm ki, yuxarıda adı qeyd etdiyim polis serjantlarına Yol hərəkəti haqqında qanunun tələblərin bilmələri və vətəndaşlarla danışıq qaydaları öyrədilsin, mənim nə dərəcədə qanun pozmağım barədə mənə ətraflı məlumat verilsin.

Nəzərə almağınızı bir daha çox xahiş edirəm ki, protokolda qayda pozuntusu haqqında yazılanlar barədə, Yol hərəkəti haqqında qanunun 152.2 maddəsində heç bir söz yazılmamasın nəzərə alasınız. Belə ki, mən Yol hərəkəti haqqında qanunun 152.2 maddəsinin tələblərin pozmamışam.

Ehtiyatda olan mayora, 2-ci qrup hərbi əlilə və eyni zamanda Azərbaycan vətəndaşına belə münasibət olmaz”.

DİA.AZ olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...


Geri qayıt