Əsas Səhifə > Gündəm, Manşet > Şəkili sahibkarlar icra başçısından prezidentə şikayət dolu müraciət hazırlayırlar
Şəkili sahibkarlar icra başçısından prezidentə şikayət dolu müraciət hazırlayırlar3-07-2014, 11:05 |
DİA.AZ: - Çoxdandır yerlərdə böyük narazılıq yaradan Şəki rayonunun icra hakimiyyətinin başçısı Elxan Usubovla bağlı prezidentə müraciət hazırlanır. Bu barədə DİA.AZ-a məlumat verən Şəki şəhərindən olan bir qrup sahibkar bildirir ki, onlar dəfələrlə üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət instansiyalarının qarşısında məsələ qaldırsalar da, bu vaxta qədər müsbət cavab ala bilməyiblər. Sahibkarlar dia-az.life-a bildirir: «Bizim əsas narazılığımız icra başçısının yerli-yersiz pul toplamasından, sahibkarlara haqq qoymasından, müxtəlif bəhanələrlə sahibkarlara təzyiqlərin göstərilməsindədir. Cənab prezident dəfələrlə bildirib ki, sahibkarları incitmək olmaz. Amma bu gün Şəki rayonunda bütün gəlirli sahələrə nəzarət edən Elxan Usubov, başçının birinci müavini Həsən Həsənov və onların yaxın qohumları elə rəftar edirlər ki, sanki Şəki onların dədələrindən qalıb. Bu gün Şəkidə sahibkarın haqqı, hüququ qorunmur. Dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayğı da birbaşa olaraq başçının və müavinin yaxınlarına şamil olunur. Bu gün Şəkidə heç bir təsərrüfat sahibi deyə bilməz ki, o, dövlətdən hansısa formada dəstək görüb. Deyənlər tapılsa da, onlar məhz həmin kateqoriyadandır. Yəni başçının qohumları, yaxınları»… Sahibkarlar dia-az.life-a müraciətlərində onu da bildirirlər ki, üzləşdikləri problemlərlə bağlı detallı olaraq prezidentə müraciət hazırlayırlar: «Son ümid yerimiz cənab prezidentdir. Bizə ancaq o, sahib çıxa bilər». Qarşı tərəfi də dinləməyə hazırıq… Geri qayıt |