Əsas Səhifə > Gündəm, Manşet > Rayon icra hakimiyyəti başçılarının əksəriyyəti həyəcanla xəbər gözləyir
Rayon icra hakimiyyəti başçılarının əksəriyyəti həyəcanla xəbər gözləyir2-07-2014, 10:40 |
DİA.AZ: - «Son günlər bir sıra rayonların icra başçıları sanki sərəncamlarını gözləyirmiş kimi davranırlar». Bunu DİA.AZ-a deyən hökumət içindəki mənbə başçıların məlum təlaşının səbəbsiz olmadığını bildirdi: «Onların hər biri yaxın vaxtlarda dəyişikliklərin olacağı ilə bağlı məlumatlandırılıb. Amma ortada maraqlı bir situasiya da var». Mənbəmiz iddia edir ki, bu gün yerli KİV-ləri iri gözlərlə təqib edən icra başçıları əslində buna məcburdurlar: «Çünki kimin nə vaxt çıxarılacağı ilk əvvəl müxtəlif yollarla mətbuata ötürülür, sonradan isə sərəncam elan olunur. Hətta bu hala bir dəfə deputatlar etiraz da etdilər ki, prezident sərəncamları rəsmən elan olunmamışdan mətbuata yol tapır və necə yol tapır… Təbii ki, burada maraqlı olan tərəflər var. Yəni kimlərsə olaya sırf mediatik yöndən yanaşırsa, kimlərsə də mətbuatın gücündən maraqları naminə istifadə edir. Məsələn, bu günlərdə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla bağlı xəbər yayıldı və bildirildi ki, onu vəzifəsindən alırlar. Əslində belə bir tədarük var idi, sadəcə olaraq maraqlı tərəflər bu işi pozdu. Əsas «zərərçəkən» tərəf isə hazırda Abşerona rəhbərlik edən Zakir Fərəcov oldu. Çünki artıq onun BŞİH-ə rəhbər gəlişi ilə bağlı hər hansı tədarük mövcud deyil». Mənbəmiz bu səbəbdən icra başçılarının mətbuatda yazılanları xüsusi həssaslıqla izlədiyini bildirməklə yanaşı onu da əlavə etdi ki, rayon rəhbərlərinin böyük əksəriyyəti nəyin necə baş verməsilə bağlı informasiyaları məhdud şəkildə aldığından, ən azından öz aqibətlərilə bağlı əvvəlcədən xəbərdar olmaq istəyirlər. Son günlər də eyni qaydada təlaş keçirən başçıların hansının vəzifədən alınacağına isə təbii ki, dövlət başçısı qərar verir. Bunu xatırladan mənbəmiz bildirdi ki, yaxın günlərdə start düyməsi basılan prosesdə sürprizlər də olacaq: «Hətta çox gənc bir kadrın icra başçısı təyin olunması ideyası da var». Geri qayıt |